vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
08:28 | 29 iyul 2024 | Bazar ertəsi Məqaləyə 157 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tuareqlərin xuntaya qarşı uğuru

Ordu və müttəfiqi Vaqner üzərində “böyük qələbə”

CAVİD

Malidəki separatçılar Əlcəzair sərhədi yaxınlığında, şimaldakı Tinzavaten şəhərində üç günlük “ağır döyüşlərdən” sonra ordu və onların rus müttəfiqləri üzərində “böyük qələbə” elan etdilər.

Əsasən Tuareq qruplardan ibarət koalisiyasının sözçüsü Məhəmməd Mulud Ramazan (Mohamed Mouloud Ramadan) AFP-yə bildirib ki, “qüvvələrimiz şənbə günü düşmən qüvvələrini tamamilə məhv edib, xeyli mühüm texnika və silahlar ələ keçirilib və bir çoxu edilib. Mali silahlı qüvvələrindən və (Rusiya) “Vaqner” muzdlularından sağ qalan bir neçə nəfər əsir götürülüb”, – deyib.

Tinzavaten şəhərində bir tərəfdən ordu ilə Vaqnerin muzdlu müttəfiqləri, digər tərəfdən isə Tuareqlərin üstünlük təşkil etdiyi separatçı qruplardan ibarət “Azawad” Hərəkatlarının Koordinasiyası (CMA) arasında aylardır görünməyən qarşıdurma baş verib.

Açıqlamaya görə, CMA sıralarında 7 nəfər ölüb, 12-si yaralanıb. Bəyanatda deyilir ki, separatçı qrupların ittifaqı “bütün bu münaqişələr zamanı əldə edilmiş, foto və videolarla dəstəklənən bu qələbəni bayram edir”.

***

Mali ordusu və onun Rusiya müttəfiqləri ölənlərin sayını açıqlamasa da, separatçıların sözçüsü AFP-yə düşərgədə çox sayda cəsədin olduğunu göstərən videolar göndərib.

Bəzi videolarda əsirlər arasında ağdərili əsgərlər də görünür.

Üsyançılardan əlavə, yerli rəsmi və BMT-nin Kidaldakı missiyasının keçmiş əməkdaşı “Mali ordusunun geri çəkildiyini” və ən azı 15 Vaqner döyüşçünün öldürüldüyünü və ya əsir götürüldüyünü təsdiqləyərək, bu rəqəmin dəyişə biləcəyini qeyd edib.

Mali ordusundan verilən açıqlamada “2024-cü il iyulun 26-dan 27-nə keçən gecə üç gündür Tinzawaten bölgəsində patrulluq edən Mali silahlı qüvvələrinin birlikləri geri çəkilməyə başlayıb”, – deyilir.

Bölgənin “nəzarət altında olduğunu və vəziyyətin yaxından izlənildiyini” bildirən rəsmi, “5 terrorçu hədəfin Mali silahlı qüvvələrinə aid təyyarələr tərəfindən uğurla zərərsizləşdirildiyini”, – qeyd edib.

Məlumata görə, Mali ordusu çox nadir hallarda itkilərini ictimaiyyətə açıqlayır. Silahlı qrupların və hərbçilərin təzyiqləri əməliyyat bölgələrindəki müstəqil informasiya mənbələrinin əksəriyyətini susdurub.

***

Silahlı yaraqlı qruplar 2023-cü ildən bəri Mali ordusunun üsyançıların qalası Kidalın ələ keçirilməsi ilə nəticələnən hücumundan sonra şimaldakı bir çox bölgəyə nəzarəti itirib.

Ölkənin şimalındakı hücum, Malili qüvvələrin və onların Rusiya müttəfiqlərinin 2022-ci ildən bəri mülki şəxslərə qarşı sui-istifadə etdiyinə dair çoxsaylı iddialara səbəb olub. Mali rəsmiləri bunu rədd edir.

Mali 2012-ci ildən bəri Əl-Qaidə və İŞİD-lə bağlı qrupların əməliyyatlarına və cinayətkar təşkilatların zorakılıq hərəkətlərinə şahidlik edir.

Polkovnik Assimi Qoitanın rəhbərlik etdiyi hərbi xunta 2022-ci ildən bəri daha da parçalanıb. Fransa və onun avropalı tərəfdaşları ilə köhnə ittifaqını pozaraq, hərbi və siyasi cəhətdən Rusiyaya üz tutub.

2020-ci ildən Malidə hakimiyyətdə olan xunta ölkənin bütün ərazilərinə yenidən nəzarəti ələ keçirməyi prioritet hesab edib.

“Azawad” Tuareq üsyançılarının Bamakodan müstəqillik tələb etdiyi şimal Malinin bölgəsidir.