Müharibə artıq qapıdadır
İsrail hücumlara başladı, Beyrut Hava Limanında uçuşlar dayandırıldı, 10-dan çox ölkə vətəndaşlarını geri çağırdı
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ABŞ Nəsrullahın ölümünə sevinib
Yaxın Şərqdə və onun hüdudlarından kənarda “yanğın riskinin artdığı” bildirilib
-
Nəsrullahın vəliəhdi ...
Haşim Seyfəddin kimdir?
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
Nəsrullaha hücum necə həyata keçirilib?
Yaxud baş terrorçunun yeraltında məhv edən “yarasalar” haqda bir neçə kəlmə
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Nəsrullahın ölüm ssenarisi
Netanyahunun həm ziyarət, həm ticarət Nyu-York səfəri
-
Livana yeni şans
Nəsrullanın ölümü rəsmi Beyruta ölkəyə nəzarəti ələ almaq imkanı verir
-
Nəsrullah ölüb?
İsrail mediası ehtimalın artdığını vurğulayır
-
Altı bina yerlə bir oldu
İsrail ordusu Beyrutun cənubunda “Hizbullah”ın mərkəzi komandanlığına zərbələr endirib
-
Daha bir yüksəkrütbəli məhv edilib
“Hizbullah”ın silah anbarları vurulur
-
İsrail Beyrutu vurdu
Hədəf “Hizbullah”ın yüksək rütbəlisi idi
-
Partlayan peycerlərlə bağlı araşdırma
Norveçdən insidentlə əlaqədə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib
-
Livan müharibəsində dilemma
Netanyahu və Nəsrullah üçün geri çəkilmək niyə çətindir?
-
İsrailə PUA hücumu
Xəsarət alanlar var
-
İsrail Livanda nə planlaşdırır?
“Əqsa qətliamı “HƏMAS”dan yox, “Hizbullah”dan gözlənilirdi”
İsrail-Hizbullah gərginliyi terrorçuların Qolan Təpələrindəki Məcdel Şəms qəsəbəsinə hücumla pik həddə çatıb. Hücuma cavab verən İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı nöqtələrə hücumlar həyata keçirib.
Alman aviaşirkəti Yaxın Şərqdəki mövcud vəziyyətlə əlaqədar Livanın paytaxtına uçuşları iyulun 30-dək dayandırdığını açıqlayıb.
“Times of Israel” ölkənin şimalındakı Yaara və Adamit qəsəbələrində həyəcan siqnallarının eşidildiyini açıqlayıb. Rəsmilər məsələ ilə bağlı açıqlama verməsə də, İDF Qərbi Cəlilə üzərində bir pilotsuz uçuş aparatının ələ keçirildiyini açıqlayıb. Digər tərəfdən, Livan mənbələri İsrailin Hula qəsəbəsinə güclü artilleriya atəşi açdığını iddia edib.
İsrailin hərbi hava qüvvələrinə məxsus döyüş təyyarələrinin Livanın cənubunda, sərhəd yaxınlığındakı Hizbullahın nəzarətində olan məntəqələrə hücumlar təşkil etdiyi bildirilib. Xəbərdə hava hücumu ilə bağlı ətraflı məlumat verilərkən, mövzu isə İsrail ordusundan bu mövzuda hələlik bir açıqlama gəlməyib. Livandan da hücumlarla bağlı heç bir açıqlama verilməyib.
İsrail ordusunun Livana qarşı mümkün hücumu təhlükəsi ilə əlaqədar Beyrut Rafik Həriri Beynəlxalq Hava Limanında 28 iyul axşam saatlarından başlayaraq indiyədək davam edən bütün uçuşlar və gediş-gəlişlər dayandırılıb. Hava Limanında uçuş məlumatı ekranı verilən uçuş məlumatlarına görə, Beyrutdan dünyanın müxtəlif nöqtələrinə edilən bütün uçuşlar “ləğv edilib” və ya “təxirə salınıb”.
Dünəndən Livan dövlətinə məxsus Yaxın Şərq Hava Yolları (MEA) İsrail ordusunun Beyruta gözlənilən hücumu ilə bağlı bəzi uçuşları təxirə saldığını açıqlayıb.
Netanyahunun ofisi təhlükəsizlik kabineti iclasından sonra yazılı açıqlama verib. Bəyanatda təhlükəsizlik kabinetinin Hizbullaha cavabın vaxtını və mahiyyətini təyin etməsi ilə bağlı tapşırıq verdiyi bildirilib.
İsrail silahlı qüvvələri radiosunun xəbərinə görə, ordu Məcdel Şəms hadisəsindən sonra Hizbullaha cavabın mümkün ssenarilərini hökumətə təqdim edib. Ssenarilərə “Livana qarşı daha sərt hərbi əməliyyatların aparılması” daxil olduğu bildirilib.
Adının açıqlanmasını istəməyən İsrail rəsmisi “Hizbullaha zərər vermək istədiklərini, lakin hərtərəfli regional müharibəyə başlamaq istəmədiklərini” bildirib.
Livanın paytaxtı Beyrutda yerləşən Əl-Cədid televiziyasına verdiyi açıqlamada Buhabib, Məcdel Şəms hadisəsi səbəbiylə İsrail ilə Hizbullah arasında artan gərginliyə toxunaraq, İsrailin mümkün hücumu ilə bağlı müvafiq ölkələrdən təminat aldıqlarını bildirib.
***
İsrail ordusunun Livana mümkün hücumundan əvvəl bəzi ölkələr öz vətəndaşlarına Livanı tərk etmələri və ya bu ölkəyə getməmələri barədə xəbərdarlıq ediblər.
ABŞ-ın Beyrutdakı səfirliyindən verilən açıqlamada, Livanda uçuşları dayandıran dəyişikliyin Maqdel Şəms hadisəsi nəticəsində bölgədə artan gərginlik səbəbiylə baş verdiyi ifadə edilərək, ABŞ vətəndaşlarına Livana səfər etməmələri barədə xəbərdarlıq edilib: “Livanda genişmiqyaslı müharibə qorxusu son həftələrdə İsraillə İranın dəstəklədiyi Hizbullah arasında şiddətli qarşıdurmalar artırıb”.
Avstraliya hökuməti də öz vətəndaşlarının Livana səyahət etməməsi ilə bağlı daha əvvəl dərc edilmiş çağırışını təkrarlayıb: “Biz təhlükəsizlik vəziyyətinin qeyri-sabitliyi ilə əlaqədar olaraq Livana səyahət etməməyi tövsiyə etməyə davam edirik. Livandakı avstraliyalıların təhlükəsizlik vəziyyətinin daha da pisləşməsi riski “Bəzi uçuşları davam edərkən ölkəni dərhal tərk etməlisiniz. Beyrut hava limanı bağlana bilər və uzun müddət ölkəndən çıxa bilməyəcəksiniz”.
Norveçin Beyrutdakı səfirliyinin sosial media hesabından edilən paylaşımda Norveç vətəndaşlarının ölkəni tərk etmələri və cari səyahət xəbərdarlığının təkrarlandığı bildirilib. Vəziyyətin daha da pisləşdiyi təqdirdə Livandan kənara səyahət imkanlarının məhdudlaşacağı da qeyd edilib
Yazıda həmçinin xatırladılıb ki, belə bir vəziyyət yaranarsa, Norveç səfirliyinin öz vətəndaşlarının ölkəni tərk etməsinə kömək etmək üçün çox məhdud resursları olacaq.
Almaniya, digər ölkələr kimi, Livana əvvəlki səyahət xəbərdarlığını yeniləyib. 26 iyun tarixindəki bildirişə, Almaniya vətəndaşlarına Livana səyahət etməmələri və bölgəni dərhal tərk etməyə çağırılıb. Bəyanatda bölgədəki təhlükəsizlik vəziyyətinin olduqca dəyişkən olduğu və Livanla İsrail arasındakı sərhəd bölgəsində son həftələrdə hərbi qarşıdurmaların intensivləşdiyi bildirilərək, “Vəziyyətin daha da gərginləşməsini və münaqişənin genişlənməsini göz ardı etmək olmaz”, – deyilir. Bəyanata gərginliyin daha da artmasının Livan Beynəlxalq hava limanında hərəkətin tamamilə dayandırılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq daxil edilib və bu halda Livandan hava yolu ilə çıxmağın mümkün olmayacağı vurğulanıb.
Böyük Britaniyanın öz vətəndaşlarına 2023-cü ilin oktyabrında ölkəni tərk etmə tövsiyəsi qüvvədə qalıb. Britaniya Xarici İşlər Nazirliyi tərəfindən dərc edilən yeni səyahət xəbərdarlığında, “Nazirlik İsrail və Livandakı Hizbullah və digər qruplar arasında münaqişələr səbəbindən bölgəyə bütün səyahətlərə qarşıdır”, – deyilir. Xəbərdarlıqda İsrail-Livan sərhədində qarşılıqlı raket və artilleriya atəşinin olduğu, Beka vadisi və Litani çayının şimalında da risklərin olduğu bildirilib.
Belçika Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada bölgədəki son hadisələr fonunda İsrail və Livana bütün səfərlərin ləğv edilməsi tövsiyə edilib. Bəyanatda həmçinin Belçika vətəndaşlarının Livanı tərk etmələri tövsiyə olunub.
İsveç Xarici İşlər Nazirliyinin səhifəsində edilən elanda “Livanda vəziyyət təhlükəli və gözlənilməzdir, ona görə də İsveç vətəndaşlarına ölkəni tərk etmələrini tövsiyə edirik”, – deyilir. İsveç xarici işlər naziri Tobias Billström də “X” sosial platformasındakı hesabında “Mən bunu dəfələrlə demişəm, bir daha deyirəm: İsveç vətəndaşları Livanı tərk etməli, ya da sözügedən ölkəyə getməkdən çəkinməlidirlər”, – yazıb.
Danimarka Xarici İşlər Nazirliyi “X” sosial platforması hesabındakı paylaşımında öz vətəndaşlarına Livana səyahətlərini dayandırmağı tövsiyə edib və ölkəni tərk etməyi xahiş edib.
Hollandiya Xarici İşlər Nazirliyinin 26 iyunda Livana səyahət etməmək və bu ölkəni dərhal tərk etmək barədə verdiyi xəbərdarlıq hələ də davam edir: “Livan üçün səyahət tövsiyəsinin rəng kodu qırmızıdır. Vəziyyətiniz nə olursa olsun, ora səyahət etməyin. Əgər çətinliklə üzləşsəniz, Hollandiya səfirliyi həmişə sizə kömək edə bilməyəcək”.
İrlandiya da Livana əvvəlki səyahət xəbərdarlığını yeniləyib.