vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 18 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
17:48 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“21-ci əsrin qalaları”

Qiyamətə hazırlaşan ultra varlılar nə cür sığınacaqlar tikirlər?

CAVİD

ABŞ-ın CNN media qurumu zənginlərin tikdiyi dəbdəbəli sığınacaqlar barədə məlumat yayıb. Xəbərdə bəzi milyarderlərin “21-ci əsrin qalaları” adlandırıla biləcək sığınacaqlar tikdiyi və xüsusilə son zamanlar bu sektora marağın artdığı vurğulanır.

Sektorun aparıcı şirkətlərindən olan Seyf (SAFE) şirkətinin qurucusu Al Korbi, yeni nəsil sığınacaqlarda təhlükəsizlik qədər əyləncə və rahatlığın da ön plana çıxdığını bildirir.

“Forbes”in məlumatına görə, ABŞ şirkəti 112 milyard dollar sərvəti ilə Asiyanın ən zəngin iş adamı Mukeş Ambani üçün ABŞ-da sığınacaq tikir.

Təhlükəsizlik səbəbiylə yeri açıqlanmayan evdə partlayışa davamlı qapılar, qırılmaz pəncərələr və biometrik qapı sistemləri var. Həmçinin evin ətrafında təxminən 9 metr dərinlikdə xəndək qazılıb. Korbi bildirir ki, burada helikopterləri, pilotsuz uçuş aparatlarını və ya paraşütçüləri vura bilən su şırnaqları var.

Korbi, adını açıqlamadığı başqa bir milyarderin evində kart trassı tikdiklərini və onun altında müxtəlif qaçış tunelləri açdıqlarını da deyir.

Ultra zənginlərin qorunan binalarda funksionallıqdan çox dəbdəbəyə əhəmiyyət verdiyinə diqqət çəkən şirkət sahibi, “bunları yer altında inşa edilən Ritz Carlton otelləri ilə müqayisə etmək olar”, – deyir.

Böyük Britaniyada bu sektorda xidmətlər göstərən “SHH Architecture and Interior Design” şirkətinin həmtəsisçilərindən olan Qraham Harris Londonda da tələblərin artdığını bildirir.

Şəhərin dəbdəbəli Haygeyt (Highgate) bölgəsindəki bir müştərinin evinə kinoteatr tikdiklərini deyən Harris belə davam edir: “Bu, mahiyyət etibarı ilə filtrlənmiş hava çəni, təhlükəsiz qapıları, mətbəxi olan təhlükəsiz məkana çevrildi və bir ailənin bir həftədən çox müddətə saxlanması üçün kifayət edirdi.

Korbi, bunların gələcəyin sığınacaqları olduğunu ifadə edərək, “İlk yardım çantasını hazır bir sığınacağa atıb təhlükəsiz olduğunu söyləyə biləcəyiniz günlər çoxdan geridə qaldı”, – deyir.

Meta şirkətinin baş direktoru Mark Zukerberqin Havayda inşa etdiyi 100 milyon dollarlıq sığınacağı da keçən il gündəmdə idi.

Təxminən 4 min kvadratmetr sahədə inşa edilən sığınacaqda ən azı 30 yataq otağı və vanna otağı, həmçinin lift sistemi, ofislər və konfrans zalları var.