vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
18:51 | 14 avqust 2024 | Çərşənbə Məqaləyə 124 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Hərbi təyyarələr havada toqquşdu

Təlimatçıyla kursant pilotun axtarışları başlanılıb

CAVİD

14.08.24 - Təlimatçıyla kursant pilotun axtarışları başlanılıb...

Yuxarı Marnadakı (Haute-Marne) Sen-Dizye (Saint-Dizier) hava bazasındakı Rafale donanmasına aid olduğu bildirilən təyyarələrdən birini idarə edən pilotun təyyarədən atıldığı, digər təyyarədə olan təlimatçı və kursant pilotun axtarıldığı bildirilib.

Mört və Mozel vilayətinin qubernatorluğundan verilən yazılı açıqlamada, hərbi təyyarələrin qarışdığı qəzadan sonra əməliyyat mərkəzinin fəaliyyətə keçdiyi və hərbi qüvvələrin dəstəyi ilə axtarış-xilasetmə işlərinə başlanıldığı açıqlanıb. Axtarış-xilasetmə işlərinə qatılanlar arasında jandarma və xilasetmə qrupları da var.

Qubernatorluğun açıqlamasında qəza ilə bağlı hər hansı can itkisi məlumatı yer almayıb. Qeyd olunub ki, hərbi rəsmilər qəzanın səbəblərini araşdırır.