vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AVROPA  
21:42 | 16 avqust 2024 | Cümə Məqaləyə 154 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 gündə 2 qəza 3 təyyarə

Fransada təyyarə dənizə düşüb, pilot ölüb

CAVİD

Fransada hava şousu zamanı dənizə düşən təyyarənin pilotu ölüb. Fransanın cənubunda yerləşən Lavanduda İkinci Dünya müharibəsi illərində Fransa-Amerikanın Provans bölgəsinə desantının 80 illiyi ilə bağlı bayram tədbiri keçirilib.

Bayram şənliyi zamanı “Fouga Magister” tipli təyyarə dənizə düşüb. Fransız səlahiyyətliləri pilotun cəsədini saatlarla aparılan axtarışlardan sonra tapdıqlarını bildiriblər.

Pilotun ordu üzvü olmadığı açıqlanıb.

Fransa Hərbi Hava Qüvvələrinin “Patrouille de France” akrobatika bölməsi də aviaşouda iştirak etmək niyyətində idi, lakin qəzaya görə tədbirdə onların şousunu ləğv etmək qərarına gəlinib. Bildirilib ki, “Fouga Magister” tipli təyyarə 1964-1980-ci illərdə Fransa ordusu tərəfindən istifadə edilib.

Qeyd edək ki, avqustun 14-də ölkənin Mört və Mozel vilayətində iki hərbi təyyarənin havada toqquşmasından sonra qəzaya uğradığı bildirilib. Bu qəzada iki hərbçi həyatını itirib, bir nəfər isə yaralanıb.