vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
21:50 | 17 avqust 2024 | Şənbə Məqaləyə 126 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Daha bir Hizbullah komandiri öldürüb

Terror təşkilatı “Rıdvan gücü” komandirlərindən Kassibin həlak olduğunu təsdiqləyib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail Livandakı hava hücumunda “Hizbullah” terror təşkilatının daha bir komandirini öldürdüyünü açıqlayıb. Terror təşkilatı da İsrailin açıqladığı adı təsdiqləyib.

İsrail ordusuna aid təyyarələrin Livanın cənubunda hərəkət edən motosikleti hədəf alması nəticəsində 1 nəfərin öldüyü bildirilib. Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail ordusuna məxsus təyyarə Livanın cənubundakı Sur şəhərinin şərqində yerləşən Kadmus qəsəbəsində hərəkət edən motosikleti vurub. Hücum nəticəsində 1 nəfərin öldüyü, hadisə yerinə təcili yardım maşınlarının göndərildiyi qeyd edilib.

NNA-nın başqa bir xəbərində İsrail ordusunun Hanin qəsəbə vadisini və Ayta əş-Şaab ətrafındakı Hale Verde vadisini artilleriya atəşi ilə vurduğu bildirilib.

***

Digər tərəfdən, İsrail ordusu hücumda “Hizbullah” terror təşkilatı komandirinin hədəf alındığını iddia edib.

İsrail ordusundan verilən açıqlamada hədəfə alınan şəxsin təşkilatın hərbi qanadı “Rıdvan Gücü” komandirlərindən Hüseyn İbrahim Kassib olduğu bildirilib.

***

Terror təşkilatı öz açıqlamasında Kassibin ölümünü təsdiqləyib. Bəyanatda “komandir” ifadəsi yer almayıb.

***

İyulun sonunda İsrail Livanın paytaxtı Beyrutda terrorçuların qalası kimi tanınan Dahiyə bölgəsinə hava zərbəsi endirib. Hücum zamanı “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın sağ əli olduğu deyilən Fuad Şükür öldürülüb.

İsrail ordusunun 8 oktyabr 2023-cü il tarixindən etibarən Livanın cənubunda həyata keçirdiyi hava hücumlarında həlak olan Hizbullah üzvlərinin sayı 413-ə yüksəlib.