Harrisə kommunist ittihamı
Tramp: “Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istəyir”
Noyabrda keçiriləcək seçkilərdə üz-üzə gəlməyə hazırlaşan Kamala Harrislə Donald Trampın çəkişməsi bitmir. ABŞ-ın keçmiş prezidenti və Respublikaçı namizəd Tramp iqtisadi siyasətlərini açıqlayan rəqibi Harrisi tənqid edərək, “Kamala çıxışında kommunist kimi idi” deyib.
ABŞ mətbuatında çıxan xəbərlərə görə, Tramp Pensilvaniyada keçirdiyi mitinqdə ABŞ vitse-prezidenti Harrisin iqtisadi siyasətlərini tənqid edib.
Harrisin açıqladığı hədəfləri “Sovet İttifaqının iqtisadi sistemi” ilə müqayisə edən Tramp, “kommunist kimi çıxış etdi. Yoldaş Kamala sosialist qiymət nəzarətini həyata keçirmək istədiyini açıqladı. Bunun əvvəllər heç vaxt işə yaramadığını görmüşünüz”.
Tramp Harrisin namizədliyini “Baydenə qarşı çevriliş” kimi qiymətləndirərək, “Co Bayden ona nifrət edir. Bu, prezidentin devrilməsi idi”, – deyib.
Tramp Harrisin “Time” jurnalının üz qabığında çəkdiyi rəsmləri də tənqid edərək, “Çoxlu şəkil çəkdirdilər, amma nəticə vermədi, ona görə də bir rəssam tutdular. Mən ondan daha yaxşı görünürəm”, – deyib.
Noyabrın 5-də ABŞ-da keçiriləcək seçkilərdə Demokratların namizədi Harrisin iqtisadi siyasətləri ərzaq məhsulları və reseptlə satılan dərmanların qiymətini aşağı salmaq, əlverişli mənzilləri artırmaq və orta təbəqə üçün vergiləri azaltmaq məqsədi daşıyır.
Bu kontekstdə ərzaq və ərzaq məhsullarında hədsiz qiymət artımını qadağan etmək üçün qanunvericilik üzərində Konqres ilə işləmək planlaşdırılır.