vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
10:19 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 152 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Kluni fondunu qovdu

“Arzuolunmaz təşkilat” elan edilib

XALİDƏ

Amerikalı aktyor Corc Kluninin fondu Rusiyada “arzuolunmaz təşkilat” elan edilib. Rusiya hakimiyyətinin tənqid hədəfinə çevrilən ABŞ-ın qeyri-kommersiya təşkilatı olan Kluni Ədalət Fondu ölkədə “fəaliyyəti arzuolunmaz olan təşkilat” elan edilib.

Corc Kluni və həyat yoldaşı, insan haqları üzrə vəkil Amal Kluni (əslən Livanlı) tərəfindən qurulan Kluni Ədalət Fondu, Moskvanı Hollivudda nüfuzdan salmağa yönəlmiş fəaliyyətlər həyata keçirdiyi üçün ölkədə təşkilatın çıxarılmasına qərar verilib. .

Fondun Rusiyanı tərk edənlərə dəstək verdiyi, ölkənin xarici agentlər və qeyri-hökumət təşkilatları ilə bağlı qanunları haqda mənfi imic formalaşdırdığı iddia edilib.

Rusiyanın “arzuolunmaz şəxslər” siyahısına media qurumları və siyasi, mədəni və dini qruplar da daxildir. Moskva bu qrupların ölkənin təhlükəsizliyinə təhdid yaratdığını iddia edir.