vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
DÜNYA  
11:16 | 20 avqust 2024 | Çərşənbə axşamı Məqaləyə 177 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İsraildə səfərbərlik

Ehtiyatda olan əsgərlər orduda xidmətə çağırılır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın Şərqdə gərginliyin sürətlə artdığı bir vaxtda İsrail ordusu hərbi xidmətdən azad edilmiş əsgərlərini orduya çağırıb. Ordu rəsmiləri səfərbərliyin şəxsi heyət çatışmazlığı səbəbindən olduğunu vurğulayıb.

Ordudan edilən yazılı açıqlamada, “Müdafiə naziri (Yoav Qallant) daha əvvəl hərbi xidmətdən azad edilmiş və hələ də xidmət yaşında olan ehtiyatda olanların əsgər çatışmazlığı səbəbindən xidmətə çağırılması barədə göstəriş verib”.

Açıqlamada bu qərarın nizami və ehtiyat qüvvələrin vəziyyəti və fəaliyyət həcminin dəyərləndirilməsi və ordunun əsgər sayını artırmağı planlaşdırdığı proses çərçivəsində qəbul edildiyi bildirilib.

Açıqlamada ordunun hazırlıqlarını tamamladıqdan sonra ehtiyatda olan hərbçilərdən müraciətlərin qəbuluna başlayacağı, geri dönməyə münasib hesab edilənlərin lazım gəldikdə müxtəlif birliklərə təyin ediləcəyi qeyd edilib.