Rusiya, Çin, Şimali Koreya...
ABŞ prezidenti Bayden orduya dəhşətli göstərişlər verdi
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Dəstək, yoxsa sərvət?
ABŞ-dan Ukraynaya milyardlarla dollarlıq hərbi yardım yoldadır
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
375 milyonluq hərbi yardım
Bayden Zelenski ilə görüşündə Ukraynaya tam dəstəyini təkrarlayıb
ABŞ prezidenti Co Bayden hər 4 ildən bir yenilənən çox məxfi sənəd vasitəsilə Amerika ordusuna Rusiya, Çin və Şimali Koreya ilə mümkün razılaşdırılmış nüvə münaqişələrinə hazırlaşmağı tapşırıb.
“New York Times” (NYT) qəzeti, Baydenin mart ayında təsdiqlənmiş gizli sənədin məzmununda “Çin təhdidinə yenidən diqqət yetirən gizli nüvə strategiyası”, – olduğunu iddia edib.
***
Xəbərdə Baydenin mart ayında Çinin nüvə texnologiyalarının və silahlarının sürətlə genişlənməsinə diqqət yetirmək üçün ABŞ-ın çəkindirmə strategiyasını ilk dəfə olaraq yenidən təşkil etdiyi və ordusuna mümkün ola bilən Rusiya, Çin və Şimali Koreya ilə koordinasiyalı nüvə münaqişələrinə hazırlaşmağı tapşırdığı iddia edilir.
***
Xəbərdə Ağ Evin Baydenin qərarını açıqlamadığı və “Nüvə təyin etmə bələdçisi” adlı strategiyada Rusiya, Çin və Şimali Koreya ilə mümkün nüvə toqquşmalarna qarşı hazırlıq planlarının olduğunu iddia etdiyi vurğulanıb.
***
Xəbərdə 4 ildən bir yenilənən sənədin “tam məxfi” olduğu üçün elektron nüsxəsinin olmadığı, sənədin çap nüsxələrinin yalnız bir neçə milli təhlükəsizlik məmuruna və Pentaqondakı yüksək rütbəli komandirlərə verildiyi vurğulanıb.
Xəbərdə xatırladılıb ki, ABŞ Təhlükəsizlik Şurasının silahlara nəzarət və kütləvi qırğın silahlarının yayılmaması üzrə baş direktoru Pranay Vaddi iyun ayında bu sənədə istinad edib.
Xəbərdə Vaddinin “Rusiya, Çin və Şimali Koreyanı eyni anda çəkindirmək zərurətindən” danışdığı xatırladılıb və əvvəllər Pentaqonda işləyən nüvə strateqi Vipin Naranq da Baydenin “yenilənmiş bir sənəd dərc etdirdiyini” söyləyib.
NYT, adı açıqlanmayan rəsmilərə istinadən, “ABŞ-ın nüvə təhlükəsi səbəbindən müharibə planlarını dəyişməsi an məsələsidir”, – yazıb.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) Pekinin yaxın 10 il ərzində Moskva və Vaşinqtonun nüvə silahı potensialını tutacağını bildirən hesabat dərc edib. Hesabatda Rusiyanın Ukraynaya müharibə elan etməsindən sonra nüvə təhlükəsinin əhəmiyyətli dərəcədə artdığı, həmçinin Şimali Koreyanın nüvə silahı döyüş başlığının artırılması ilə bağlı xəbərdarlıqların yer aldığı bildirilib.