vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
BÖHRAN  
19:49 | 21 avqust 2024 | Çərşənbə Məqaləyə 187 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Fəth”in komandiri öldürüldü

İsrail PUA-sı yüksək rütbəlinin avtomobilini hədəf alıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Livan təhlükəsizlik mənbəsinin verdiyi məlumata görə, “Fəth” terror təşkilatının komandirlərindən Xəlil Əl Mukdah bu gün ölkənin cənubunda İsrailin hücumu nəticəsində öldürülüb. “Fəth” təşkilatı oktyabrın 8-dən bəri ilk dəfədir ki, hədəfə alınır.

Livandakı Fələstin qruplarının katibi Fəthi Əbu Ardat İsrailin Livanla sərhədindən nisbətən uzaqda yerləşən, sünnilərin çoxluq təşkil etdiyi Sidon şəhərinə hücumunda Xəlil Əl Məkdahın hədəf alındığını təsdiqləyib.

Livan təhlükəsizlik mənbəsi də Əl Makdanın İsrailin hücumu nəticəsində öldürüldüyünü təsdiqləyib.

“France-Press” agentliyin Sidondakı müxbiri hücumdan sonra avtomobilin alovlandığını görüb. Onun sözlərinə görə, tibb işçiləri avtomobilin içindən bir cəsədi çıxarıblar. Hücum nəticəsində yaxınlıqdakı avtomobil də yanıb.

Fəthin Livandakı hərbi qolu olan “Əl Əqsa Şəhidləri” Briqadalarının komandiri general-mayor Munir Əl Makdah qardaşı Xəlilin hücumda öldürüldüyünü açıqlayıb.

Qardaşının Əl Əqsa Şəhidləri Briqadalarının üzvü olduğunu açıqlayan Xalid, “Sui-qəsdlər bizi daha da gücləndirir”, – deyib.

Avtomobil Livandakı ən böyük fələstinli qaçqın düşərgəsi olan Ayn əl-Hilvenin də olduğu Sidonun şərqindəki Mieh və Mieh düşərgəsinə gedən yolda hədəfə alınıb.

“HƏMAS” terror təşkilatının İsrailin cənubunda misli görünməmiş qətliamından sonra Qəzza zolağında oktyabrın 8-də başlayan müharibədə “Hizbullah” terror təşkilatı və İsrail hər gün qarşılıqlı bombardmanlar həyata keçirir. “Hizbullah” terrorçuları “Qəzza zolağına dəstək” cəbhəsini açdığını bildirib.