vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Milli mənliyini itirmiş cəmiyyət, başqa millətlər üçün ovdur»

Mustafa Kamal Atatürk (1881 - 1938)
AVROPA  
21:22 | 22 avqust 2024 | Cümə axşamı Məqaləyə 202 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

6 ayda 9802 cinayət

Almaniyada ifrat sağçı ekstremistlərin törətdiyi 318 zorakılıq hadisəsində 166 nəfər xəsarət alıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniya hökumətinin Sol Partiyasından olan deputat Petra Paunun parlamentə ünvanlanan sualı verdiyi cavaba görə, ölkədə ifrat sağçı ekstremistlərin törətdiyi cinayətlərin sayı rekord həddə çatıb.

2024-cü ilin yanvar-iyun aylarında sağ ekstremistlər tərəfindən törədilən cinayətlərin sayı 9 min 802-yə yüksəlib. Əvvəlki illərlə müqayisədə rekord olduğu ifadə edilən bu rəqəm, 2023-cü ilin ilk yarısında 6 min 992 olaraq qeyd edildi.

Sağ ekstremistlərin törətdiyi cinayətlərə təbliğat, təhqir, ictimai təxribat, hədə-qorxu, əmlaka ziyan vurma və təhqirlər daxildir. Eyni dövrdə sağ ekstremistlərin adam öldürməyə cəhd, yaralama, şantaj, yandırma, polisə müqavimət kimi ümumilikdə 318 zorakılıq hadisəsi törətdiyi müəyyən edilib. Bu hadisələrdə 166 nəfər xəsarət alıb.

Bəzi dövlətlərin gec məlumat verməsi səbəbindən cinayətlərin sayının daha da çox ola biləcəyi diqqətə çatdırılıb.

Sol Partiya üzvü Pau polisə bildirilməyən hadisələrin olduğunu bildiklərini, sosial şəbəkələrdə və parlamentlərdə insanlara qarşı təxribatların, düşmənçiliyin artdığını və bunun küçələrə də yansıdığını bildirib.

Pau ifrat sağçı Almaniya üçün Alternativ Partiyasını (AfD) tənqid edərək, “AfD və onun yeni sağçı ideologiyasının ifrat sağçı zorakılıq üçün mühərrik rolunu oynadığını” qeyd edib.