vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
ASİYA  
13:51 | 23 avqust 2024 | Cümə Məqaləyə 167 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanımadığı kişilərə baxmaq qadağası

Qadınlara yüksək səslə danışmaq və mahnı oxumaq da olmaz

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Əfqanıstanda 3 il əvvəl yenidən hakimiyyətə gələn Talibanın qadınlara qarşı qeyri-insani əməlləri səngimir. Yeni qaydalara görə, əfqan qadınları qohumları olmayan kişilərin qarşısında danışa, hətta evlərində mahnı oxuya bilməzlər.

Əfqanıstanda Taliban rejimi qadınların tanımadığı kişilərə baxmasını, evlərinin kənarında və ya içərisində yüksək səslə danışmasını qadağan edib.

Talibanın yeni dərc etdiyi 114 səhifəlik təlimat siyahısında gündəlik həyatda bir çox məhdudiyyətlər var. Qaydalar arasında “Yetkin qadına yad kişiyə baxmaq qadağandır” maddəsi yer alır.

Qohumları olmayan kişilərin olduğu mühitdə qadınların da danışması qadağan edilirdi və onlardan üzlərini tamamilə örtmələri tələb olunur.

Hətta əfqan qadınlarına kənardan eşitməmək üçün öz evlərində yüksək səslə danışmaq və mahnı oxumaq qadağan edilib.

2021-ci ilin avqustunda yenidən hakimiyyəti ələ keçirən Taliban həm də qadınların və qızların küçəyə çıxmasını və məktəbə tək getməsini məhdudlaşdırıb.