vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
BÖHRAN  
14:42 | 24 avqust 2024 | Şənbə Məqaləyə 291 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Öldürdük!”

İsrail “HƏMAS”ın daha bir liderini məhv edib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrail ordusu Qəzzaya hücumlarda “HƏMAS” terror təşkilatının silah istehsalına cavabdeh olan Taha Əbu Nadanı öldürdüyünü iddia edib. Son gündə xeyli terror təşkilatı üzvünün öldürüldüyünü iddia edən İsrail, ölənlər arasında Əbu Nadanın da olduğunu qeyd edib.

Əl-Cəzirə televiziyası İsrailin bu səhər həyata keçirdiyi hava hücumlarında 37 nəfərin həlak olduğunu açıqlayıb.

Bu arada “HƏMAS”ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları və İslami Cihadın hərbi qanadı Qüds Səriyyə Qəzza zolağının şimal və cənubunda İsrail ordusuna məxsus maşınları hədəfə alıb.

Kassam “Telegram” hesabından verdiyi açıqlamada Rəfahın qərbindəki Tel es-Sultan rayonunda həyata keçirdiyi hücumlarla bağlı məlumat verib. Açıqlamada Əbu Sultan qovşağında 1 Merkava tankının, Əbu Dəkkə qovşağının yaxınlığında isə 4 ədəd Yasin-105 raketləri ilə vurulduğu bildirilib.