vaxtlı-vaxtında oxuyun! Cümə, 20 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
20:48 | 26 avqust 2024 | Bazar ertəsi Məqaləyə 95 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Qışda 41,6 dərəcə

Avstraliyada temperatur rekordu qırılıb

XALİDƏ

Avstraliyada ölkə tarixində qış temperaturu rekordu qırılıb.

Avstraliya Yayım Korporasiyasının (ABC) xəbərinə görə, ölkənin Kimberley bölgəsindəki bir meteoroloji stansiyada temperaturlarla bağlı verdiyi açıqlamada bölgədəki termometrlərin 41,6 dərəcə göstərdiyi bildirilib.

Qeyd olunub ki, Avstraliya Meteorologiya Bürosunun (BOM) müvəqqəti olaraq təsdiq etdiyi məlumat sabah veriləcək açıqlama ilə yekunlaşarsa, ölkədə indiyədək qış temperaturu rekordu qırılacaq.

İsti dalğanın ölkənin şərq bölgələrinə doğru getdiyini bildirən səlahiyyətlilər, oxşar temperatur rekordlarının Kvinslend və Yeni Cənubi Uels əyalətlərində də yaşana biləcəyini vurğulayıblar.

Əvvəlki rekord 41,2 dərəcə ilə 23 avqust 2020-ci ildə Qərbi Avstraliya əyalətində qeydə alınmışdı.