vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
10:17 | 28 avqust 2024 | Çərşənbə Məqaləyə 222 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Zərif istefa ərizəsini geri götürüb

İranın vitse-prezidenti dini liderin çıxışından sonra qərarından vaz keçib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə qayıtdığını elan edib. Zərif “X” platformasında verdiyi açıqlamada “Prezidentin müdrik təqibindən və məsləhətləşmələrindən, yazılı göstərişlərindən, xalqın dəstəyinə ümid edərək”, – qərar verdiyini bildirib.

Zərif islahatçı prezident Məsud Pezeşkianın yeni kabinetini parlamentə təqdim etməsindən bir neçə saat sonra İranın strateji məsələlər üzrə vitse-prezidenti vəzifəsindən istefa verdiyini açıqlamışdı. Zərifin istefasını geri götürmək qərarını İran lideri Əli Xamneyinin Pezeşkianı və onun hökumət üzvlərini qəbul edərək onlara “Planlarımız üçün ümidimizi düşmənə bağlamamalıyıq. Düşmənlərin razılığını gözləməməliyik. Bəzi hallarda eyni düşmənlə dialoqa zidd deyil. Bunun üçün heç bir maneə yoxdur” deyib və xəbərdarlıq edib: “Düşmənə inanmayın”. O, həmçinin bildirib ki, ölkəsi “dünya və region ölkələrinə təsir etmək imkanına malikdir və bu, bizim imkanlarımızdan biridir”, ­– deməsindən sonra verib.