vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
08:12 | 2 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 206 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nasist Almaniyasından sonra ilk dəfə

Ölkənin iki ən böyük əyalətində keçirilən seçkilərdə ifrat sağçılar qalib gəlib

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Almaniyanın Türingiya Əyalət Məclisi seçkilərində ifrat sağçı Almaniya üçün Alternativ (AfD) Partiyası 30,8 faiz səslə birinci, Saksoniya Əyalət Məclisi seçkilərində isə Xristian Demokrat Birlik Partiyası (CDU) yüzdə 31,5 səslə birinci olub.

Almaniyanın şərqindəki iki ştatda təxminən 5 milyon seçicinin səsvermə hüququna malik olduğu seçkilərdə səsvermə yerli vaxtla saat 18:00-da başa çatıb.

Almaniyanın Birinci Televiziyası ARD tərəfindən açıqlanan ilk exit-poll nəticələrinə görə, ifrat sağçı populist AfD 1,66 milyon seçicinin olduğu Türingiya əyalətində 30,8 faiz səslə birinci yerdədir.

AfD 2019-cu il seçkiləri ilə müqayisədə səslərini 7,4 bal artıraraq Hitlerin Nasist Almaniyasından sonra ilk dəfə olaraq ifrat sağçı partiyanın əyalət parlamenti seçkilərində birinci yeri tutub.

24,5 faiz səslə ikinci olan CDU əvvəlki seçkilərlə müqayisədə səsini 2,8 bal artırıb.

Sol Partiyadan ayrılan “Sahra Vaqenknext Alyansı – Anlaşma və Ədalət Uğrunda” (BSW) Partiyasının ilk seçkilərində 15,8 faiz səs toplaması diqqət çəkirdi.

Türingiya əyalətində 18,6 xal itirən Sol Partiya 12,4 faiz səslə dördüncü yerdə qərarlaşıb.

Federal hökumətin əsas tərəfdaşı Baş nazir Olaf Şolzun Sosial Demokrat Partiyası (SPD) əvvəlki seçkilərlə müqayisədə 1,2 xal itirərək 7 faiz səs toplayıb, hökumət ortağı Yaşıllar Partiyası isə 4 faizlə parlamentə daxil ola bilməyib. Hökumətin kiçik tərəfdaşı FDP də 3,8 xal itirərək 1,2 faiz səs toplayıb.

***

3,3 milyon seçicinin olduğu Saksoniyada 31,5 faiz səslə CDU birinci olub. Partiya 2019-cu ildə keçirilən son seçkilərlə müqayisədə 1 xal itirib.

AfD əvvəlki seçkilərlə müqayisədə səslərini 1,6 faiz artıraraq 30 faizlə ikinci olub. BSW Partiyası isə ilk seçkidə 12 faiz səslə üçüncü olub.

Olaf Şolzun ​​Sosial Demokrat Partiyası (SPD) səsini 0,8 bal artıraraq 8,5 faizlə dördüncü sırada yer alarkən, 2019-cu ilə nisbətən 3,4 bal itirən Yaşıllar isə 5,5 faiz səslə Saksoniya Əyalət Məclisinə girməyi bacarıb. Sol Partiya isə 8,3 xal itirərək 4 faiz səsdə qalıb.

Seçkilərin nəticələrindən sonra hər iki ştatda hökumət qurmağın çətin olacağı bildirilir.

Seçkilərin yekun nəticələrinin bu gün (sentyabrın 2-də) açıqlanacağı gözlənilir