21:08 | 3 sentyabr 2024 | Çərşənbə axşamı
Məqaləyə 162 dəfə baxılıb
Şriftin ölçüsü
Məxfi xidmətdən Baydenə qadağa
ABŞ prezidentinə izdihamlı yerlərə getməyə icazə verilmir
ABŞ prezidenti Co Bayden bildirib ki, Məxfi xidmət ona çox təhlükəli olduğu üçün insanların sıx olduğu yerlərə getməsinə icazə verməyib.
Prezident Bayden Pensilvaniyadakı seçki kampaniyasından sonra Ağ Evə qayıdarkən mətbuat mənsublarına səfərini dəyərləndirdi.
Bu cür seçki səfərlərini bəyəndiyini deyən Bayden sualı belə cavablandırıb: “Artıq izdiham olan yerlərə gedə bilmirəm, Məxfi xidmət icazə vermir. Çox təhlükəli olduğunu deyirlər”, – deyib.
Baydenin sözügedən videosu sosial mediada yayılarkən, xüsusilə Respublikaçı hesabların Baydenin sözlərindən geniş şəkildə istifadə etdiyi görüldü.