vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 16 sentyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
AVROPA  
16:48 | 5 sentyabr 2024 | Cümə axşamı Məqaləyə 145 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İqtisadiyyat ilişib və ölüb”

Almaniya ÜDM-si üçüncü rübdə də azalsa, ölkə texniki tənəzzülə girəcək

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Baş ofisi Münhendə olan Almaniyanın aparıcı iqtisadi beyin mərkəzlərindən biri İqtisadi Tədqiqatlar İnstitutu (Information and Forschung (research) – Ifo) iyun ayında paylaşdığı 2024-2025-ci illəri əhatə edən Alman iqtisadiyyatı üçün artım proqnozlarını 2026-cı ili əlavə edərək yeniləyib. Təşkilat zəif investisiya və sifariş vəziyyəti səbəbindən ölkənin 2024 və 2025-ci il üçün artım proqnozunu aşağıya doğru yenidən nəzərdən keçirib.

Müvafiq olaraq, bu il üçün ümumi daxili məhsulun (ÜDM) artım proqnozunu 0,4 faizdən 0 faizə, 2025-ci il üçün artım gözləntisini isə 1,5 faizdən 0,9 faizə endirən Ifo, Almaniya iqtisadiyyatının 2026-cı ildə 1,5 faiz artacağını gözləyir.

Qurum ölkədə keçən il 5,9, avqustda isə 1,9 faiz olan illik inflyasiyanın bu il orta hesabla 2,2 faiz olacağını, 2025-ci ildə isə 2-yə düşəcəyini, 2026-cı ildə isə 1,9 olacağını proqnozlaşdırır.

Hesabatda ölkədə qənaət nisbətinin hazırda 11,3 faiz olduğu, COVİD-19 pandemiyasından əvvəl 10 illik orta hesabla 10,1 faiz səviyyəsindən xeyli yüksək olduğu bildirilib. Digər tərəfdən, faiz dərəcələrinin və inflyasiyanın tədricən yumşaldılması ilə ölkədə şəxsi istehlakın bu il 0,4 faiz, 2025 və 2026-cı illərdə isə müvafiq olaraq 1,4 və 1,5 faiz artacağı proqnozlaşdırılırdı.

Ifo hesabatında ölkədə işsizlərin sayının bu il keçən illə müqayisədə bir qədər artaraq 2,60 milyondan 2,77 milyona, gələn il isə yenidən 2,72 milyona düşəcəyi təxmin edilirdi.

Hesabatda işsizlik səviyyəsinin 2024-cü ildə 6 faiz, 2025-ci ildə isə 5,8 faiz olacağı, məşğul əhalinin sayının bu il 46 milyondan 46,18 milyona, 2025-ci ildə isə 46,34 milyona yüksələcəyi proqnozlaşdırılır.

Ifo Almaniya dövlət sektorunun keçən il 107,5 milyard avro olan büdcə kəsirinin bu il 86,3 milyard avroya, gələn il isə 57,7 milyard avroya düşəcəyini gözləyir.

Hesabatda ölkənin ötən il 257,7 milyard avro olan cari əməliyyatlar hesabının müsbət saldosunun bu il 303,9 milyard avroya yüksələcəyi, 2025-ci ildə isə müsbət saldonun 305,1 milyard avroya çatacağı proqnozlaşdırılır.

Ifo-nun proqnozlarına görə, yüksək faiz dərəcələri səbəbindən çətin vəziyyətdə olan tikinti sektorunda istehsal bu il 3,1 faiz, sənayedə isə 2,0 faiz azalacaq.

***

Ifo “Business Cycle Research” və İqtisadi Proqnozlar üzrə Meneceri Timo Uollmerşauser məsələni dəyərləndirərkən, “Digər ölkələr iqtisadiyyatın yüksəlişini hiss etsələr də, Almaniya iqtisadiyyatı ilişib və ölüb”, – deyib.

Uollmerşauser Almaniyanın “struktur böhranı” yaşadığını ifadə edərək, “Xüsusilə istehsal sektorunda sərmayə azdır və məhsuldarlıq illərdir durğunluq nümayiş etdirir. Bizdə də iqtisadi böhran var. İnsanlar əsəbidirlər, çünki sifariş vəziyyəti pisdir və alıcılıq qabiliyyətinin artması istehlakın artmasına deyil, daha çox qənaətə gətirib çıxarır”, – deyib.

İqtisadçı menecer dekarbonizasiya, rəqəmsallaşma, demoqrafik dəyişiklik, COVİD-19 pandemiyası, enerji qiymətlərində artım və Çinin qlobal iqtisadiyyatda dəyişən rolunun qurulmuş biznes modellərinə təzyiqi Alman şirkətlərini istehsal modellərini yenidən tənzimləməyə məcbur etdiyini qeyd etdi.

Almaniyada iqtisadi istehsalın digər ölkələrə nisbətən çox daha yüksək payını təşkil edən istehsal sektoruna investisiyalarda azalma olduğunu ifadə edən Uollmerşauser, “Bundan əlavə, əhali daha sürətlə qocalır və daha az insan işləyir. İstehsal sektorundan xidmət sektoruna keçid, son illərdə məhsuldarlığın durğunluğunu əsasən izah edir”, – deyib.

Almaniya iqtisadiyyatı yenidən tənəzzülə uğramaq riski altındadır

Digər tərəfdən, Almaniya iqtisadiyyatı artan faiz dərəcələri, dövri çalxalanmalar və struktur dəyişiklikləri fonunda böyüməkdə çətinlik çəkir. Əvvəlki rüblə müqayisədə investisiyaların azalması səbəbindən iqtisadiyyat ilin ikinci rübündə yüzdə 0,1 daraldı.

Alman Mərkəzi Bankı isə üçüncü rübdə daha aşağı artım gözləyir. İqtisadi Araşdırmalar İnstitutu isə üçüncü rübdə ümumi daxili məhsulun (ÜDM) daha da azalmasının mümkün olduğunu qiymətləndirir. Almaniya iqtisadiyyatı üçüncü rübdə daralsa, texniki tənəzzülə girəcək.

Texniki tənəzzül “ardıcıl olaraq iki rüb ərzində ÜDM-də azalma” olaraq təyin olunsa da, Almaniya 10 illik yaxşı iqtisadi artımdan sonra pandemiyanın ilk ili olan 2020-ci ildə 2009-cu ildən bəri ilk dəfə tənəzzül yaşadı.

Almaniya hökuməti bu il iqtisadiyyatda 0,3 faiz artım gözləyir.