vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
DÜNYA  
09:52 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 150 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Rusiya orijinal səsləri işə salıb”

ABŞ kəşfiyyat rəsmilərini narahat edən seçkiyə müdaxilə xəbərlərində Türkiyənin də adı hallanır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Qarşıdan gələn prezident seçkiləri öncəsi ABŞ mətbuatı yenidən Rusiyanın nəticələrə necə təsir göstərməyə çalışdığını üzə çıxaran xəbərlər hazırlayır.

Amerika kəşfiyyatının yüksək rütbəli məmurlarına əsaslanaraq hesabat yazan “Washington Post”, Moskvanın əvvəlki seçki dövrlərinə nisbətən daha incə addımlar atdığını və ABŞ-da orijinal səslərdən istifadə etdiyini bildirib.

Mənbələr iddia edirdilər ki, bu adlar qanuni Amerika saytları kimi maskalanan xəbər təşkilatları ilə birlikdə Rusiya hökumətinin təbliğatını həyata keçirir: “Amerikalılar xarici təbliğatın aşkar izlərini daşıyan məzmundansa, digər amerikalıların fikirlərinə daha çox inanırlar. Ona görə də kənar aktorların maraqlarına xidmət edən povestləri dəstəkləyir və yayırlar”.

CNN onu da açıqlayıb ki, Tim Pul, Benni Conson, Loren Soutern, Tayler Hansen, Matt Kristiansen və Deyv Rubin kimi məşhur “YouTuber”lərə ev sahibliyi edən Tenet Media Rusiyanın təbliğat vasitəsidir.

Mövzu ilə bağlı hazırlanan iddianamədə Rusiyanın ötən il qurulan bu şirkətə verdiyi maliyyə dəstəyinin ətraflı şəkildə yer aldığı bildirilib.

“The New York Times” qəzeti Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Mavriki (Afrikada cırtdan ada dövləti) kimi ölkələrdəki shell şirkətləri vasitəsilə Tenet Mediaya pul köçürdüyünü yazıb və bu ödənişlərin şirkətin pul axınının 90 faizini təşkil etdiyini vurğulayıb.

“Washington Post”un hesabatında süni intellektlə saxta məzmun istehsal etməyin asanlaşdığına diqqət çəkilib.

Bildirilib ki, Rusiya səylərini həm Demokratlar, həm də Respublikaçılar Partiyasının namizədlərinin rəqabət apara biləcəyi yelləncək ştatlarında cəmləşdirir.

Rusiya lideri Vladimir Putin Kamala Harrisi dəstəklədiyini açıqlasa da, Moskvaya bağlı komandaların əslində Donald Tramp üçün çalışdığı iddia edilib.

“Bunlar Moskvanın daha geniş xarici siyasət məqsədlərinə uyğundur: Onlar ABŞ-ı zəiflətmək və Vaşinqtonun Ukraynaya dəstəyini sarsıtmaq istəyirlər”, – Milli Kəşfiyyat İdarəsindəki mənbə bildirib.

Adlarının və mövqelərinin açıqlanmaması şərti ilə “Washington Post”a danışan mənbələr Çinin prezident seçkilərinə deyil, kiçik əyalət seçkilərinə diqqət yetirdiyini iddia ediblər.

Milli Kəşfiyyat Müdirliyindəki mənbələr İran hökumətinin Trampın kampaniyasını haker hücumunun ötən ay ortaya çıxdığını xatırladıb və bu komandanın bəzi sənədlərinin Amerika mediasına sızmasında Tehranın rol oynadığını açıqlayıb.

Bu həftə ABŞ Ədliyyə Nazirliyi Rusiyaya bağlı bəzi media qurumlarını və sosial media platformalarını noyabrın 5-də keçiriləcək prezident seçkilərinə müdaxilə etmək cəhdində ittiham edib.

Nazir Merrik Qarland “Russia Today”in (RT) Konstiantin Kalaşnikov və Elena Afanasyeva adlı iki əməkdaşının sosial media platformaları vasitəsilə ABŞ-da siyasi təsir yaratmaq üçün 10 milyon dollar xərclədiklərini aşkar etdiklərini və bu iki adı sanksiya siyahısına daxil etdiklərini açıqlayıb.

ABŞ Ədliyyə Nazirliyi, həmçinin Rusiyaya bağlı iki media-kommunikasiya şirkəti, Sosial Dizayn Agentliyi (SDA) və “Structura National Technology” prezident seçkilərinə müdaxilə etməyə çalışdıqlarını və bu kontekstdə sanksiyalara məruz qalacağını bildirib.

Bu həftə Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Vladimir Putin jurnalistlərin “Harrisi, yoxsa trampı dəstəkləyəcəksiniz” sualına gülümsəyərək, “Sizə dediyim kimi, bizim favoritimiz prezident Bayden idi. İndi o, yarışdan geri çəkildi, lakin tərəfdarlarından müavini olan xanımı dəstəkləmələrini istədi. Harrisin adını da buna görə çəkdim. Onun çox cəlbedici gülüşü var. Biz onu dəstəkləyəcəyik”, – deyib.

Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi açıqlama verərək, “Putin seçkilərimiz haqqında danışmağı dayandırmalıdır”, – deyib.

ABŞ kəşfiyyatı belə nəticəyə gəlib ki, Rusiya RT və digər media qurumları vasitəsilə 2016-cı il prezident seçkilərinə müdaxilə etməyə cəhd edib və Moskva seçkilərə müdaxilə iddialarını rədd edib.