vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
REGİON  
12:57 | 9 sentyabr 2024 | Bazar ertəsi Məqaləyə 172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İstədiyimizi edə bilərik”

Hərbçi və siyasətçi Benni Qantz: “İsrail “Hizbullah”la qarşılaşmaq üçün çox gecikdi”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin Müdafiə Şurasının keçmiş üzvü Benni Qantz dünən (sentyabrın 8-də) bildirib ki, İsrailin ölkənin şimalındakı vəziyyətlə məşğul olmaq və Livan “Hizbullah”ı və İranla qarşıdurmaya çağırmaq vaxtı çatıb.

“France-Presse” Agentliyinin məlumatına görə, Vaşinqtonda Yaxın Şərqlə bağlı müzakirə forumunda iştirak edən Qantz, “Şimalın vaxtı çatdı və mən əslində bu nöqtədə gecikdiyimizi düşünürəm”, – deyib və “HƏMAS” terror təşkilatının keçən il oktyabrın 7-də törətdiyi qətliama eyham vuraraq, “Onlar böyük səhv edib”, – bildirib.

Qantz keçmiş hərbi komandir və Milli Mitinq Partiyasının lideridir və “HƏMAS” terrorçularının qeyd olunan qətliamından sonra Baş nazir Binyamin Netanyahu tərəfindən qurulan və sonra ləğv olunan müharibə hökumətinin üzvü idi.

Qantz “Aylardır Qəzza ilə mübarizə aparmaq üçün kifayət qədər gücümüz olduğunu göstərdik və indi ölkənin şimalında baş verənlərə diqqət yetirməliyik”, – deyib.

“HƏMAS” ilə atəşkəs razılaşmasını gözləyən İsrail ordusunun əməliyyatları davam edərkən, “Qəzzə əməliyyatında həlledici nöqtəyə çatdıq. Nə istəsək edə bilərik”, – deyə Qantz bildirib.

Qantz, “Düşünürəm ki, girovların azad edilməsi ilə bağlı razılığa gəlməyə çalışmalıyıq, lakin yaxın günlərdə və ya həftələrdə bunu edə bilməsək, şimala getməliyik. Məncə, daha çox gözləməməliyik. Lazım gələrsə, Livana zərbə endirmək və ora da daxil olmalıyıq. Bunu etmək imkanımız var”, – deyib.

Qantz, “Əsl məsələ İrandır. “HƏMAS” köhnə hekayədir. İran və onun bölgədəki terrorçuları və onların etməyə çalışdıqları əsl məsələdir”.