vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
21:12 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 180 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Hizbullah” komandiri öldürülüb

İsrail Livana iki gündə 2000 bomba atıb

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin Livana qarşı intensiv hücumları davam edir. İsrail Livana endirdiyi bugünkü bombardman nəticəsində “Hizbullah” terror təşkilatının komandirlərindən birini öldürdüyünü açıqlayıb.

Təl-Əviv bazar ertəsi səhərdən etibarən ölkəyə edilən hücumlarda 2 mindən çox bombanın atıldığını açıqlayıb.

İsrail ordusu Beyrutun cənubunda terror təşkilatının qalası sayılan Dahiye bölgəsində bir binanı hədəfə alıb. Bu hücumla İsrail bir həftə ərzində üçüncü dəfə Beyruta hücum edib.

İsrail ordusundan verilən son açıqlamada Livanın paytaxtı Beyrutun Dahiyə bölgəsinə edilən hücumlarda “Hizbullah”ın raket sistemlərinə cavabdeh olan İbrahim Məhəmməd Kubeysini məhv edildiyi qeyd edilib.

Ordu Livandakı Hizbullah hədəflərinə hərtərəfli hücumlar həyata keçirdiyini açıqlayıb.

Livan Səhiyyə Nazirliyindən verilən yazılı açıqlamada Beyrutu hədəf alan hava hücumunda ilkin təsbitlərə görə 6 nəfərin öldüyü, 15 nəfərin yaralandığı bildirilib.