vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
DÜNYA  
16:46 | 24 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 90 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Silahların 60 faizi Çindən gəlir”

Vasilyuk: “Pekin sanksiya altında olan Rusiyanın ixracatını bazarlarla təmin edir”

CAVİD

Ukrayna prezidentinin müşaviri Vladislav Vlasyuk bu gün (sentyabrın 24-də) jurnalistlərə bildirib ki, Ukraynadakı döyüş meydanında Rusiya silahlarının idxal komponentlərinin təxminən 60 faizi Çindən gəlir.

Vlasyuk, “Bütün adi silah növlərinə və xaricdə istehsal edilən komponentlərin sayına baxdıqda, onların təxminən 60 faizinin Çindən gəldiyini görərik. Bəzi istehsalçılarla bu məsələni uzun-uzadı müzakirə etdik. Deyə bilərəm ki, ən böyük problem Çin Xalq Respublikasıdır”, – deyib.

Müşavirin sözlərin görə, Çin Rusiyanın ən böyük ticarət tərəfdaşıdır, keçən il Rusiyanın xarici ticarətinin üçdə birini təşkil edib və Rusiyaya Qərbin sanksiyalarına tab gətirməkdə kömək edən həyati əhəmiyyətli sənaye avadanlıqları və istehlak malları verib. Pekin, həmçinin neft və qazdan tutmuş kənd təsərrüfatı məhsullarına qədər Rusiyanın sanksiyalara tuş gələn bir çox ixracatını gəlirli bazarlarla təmin edir.