vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 4 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
DÜNYA  
12:02 | 10 aprel 2014 | Cümə axşamı Məqaləyə 1459 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT-də skandal

İran 52 amerikalını girov götürən şəxslərdən birini quruma nümayəndə göndərir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ağ Evin bildirdiyinə görə, ABŞ hökuməti İrana BMT-də təmsil olunmaq üçün 1979-cu ildə 52 amerikalının girov götürülməsində iştirak etmiş şəxs deyil, yeni nümayəndə göndərməli olduğunu çatdırıb.

Ağ Evin sözçüsü Cey Karni bildirib ki, Həmid Əbutalebinin bu vəzifəyə seçiminin düzgün və uyğun olmadığını Tehranın nəzərinə çatdırılıb.

ABŞ rəsmiləri Əbutalebinin seçilməsinə1979-cu ildə Tehranda Amerika səfirliyinin ələ keçirilməsi zamanı 52 amerikalının 444 girov saxlayan müsəlman tələbə təşkilatında iştirakı ilə əlaqədar etirazını bildirib.

İranın Belçikada, Avropa İttifaqında, İtaliya və Avstraliyada səfiri olmuş Həmid Əbutalebi tələbə təşkilatında fəaliyyətinin tərcümə və müzakirələrlə məhdudlaşdırıldığını deyib.

Girov böhranı İranın siyasi fiqurlarının həyatında mühüm mərhələlərdən biri olub. Amerikalıların girov götürülməsi nəticəsində Vaşinqton və Tehran arasında diplomatik münasibətlər kəsilmişdir.