vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 27 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
21:54 | 12 aprel 2014 | Şənbə Məqaləyə 1615 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə-Rusiya gərginliyi

Səfir XİN-ə çağırıldı

MÖVZU İLƏ ƏLAQƏLİ

Krım gərginliyi Rusiya ilə Türkiyəni Montrö Konvensiyasının tətbiqi məsələsində qarşı-qarşıya qoyub. «Axar.az» xəbər verir ki, ABŞ-ın Qara dənizdə uzun müddət hərbi gəmilərini saxlaması, üstəlik gəmilərdən birinin Samsun limanına yan alması Rusiya-Türkiyə arasında gərginlik yaradıb.

Rusiyanın Ankara səfirliyinə öz etirazını bildirməsi və bu etirazını ictimaiyyətə açıq bir şəkildə bəyan etməsi Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirməsinə vadar edib:

«ABŞ donanmasına məxsus «USS Taylor» adlı hərbi gəminin Qara dənizdə 21 gündən çox qaldığı bildirilməkdədir. Qeyd olunan gəmi Samsun limanına girişi əsnasında pərində yaranan nasazlıq səbəbindən hərəkətsiz qalib. Bu səbəbdən dartma gəmilərdən istifadə edilməklə boğazlardan çıxarılıb. Bu məsələylə bağlı Rusiya Federasiyası və digər Montrö tərəflərinə məlumat verilmişdir».

Həmçinin Rusiyanın qeyd etdiyi digər gəmi isə 21 gün içərisində Qara dənizi tərk edib. Bu səbəbdən hər hansı qanun pozuntusu qeydə alınmayıb. Daha sonra açıqlamada qeyd olunur ki, məsələ ilə bağlı Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılaraq, məlumat verilib.