vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
DÜNYA  
19:59 | 13 may 2014 | Çərşənbə axşamı Məqaləyə 1996 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sabiq baş nazir həbs edildi

Ehud Olmert türmədən 74 yaşında çıxacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

İsrailin sabiq Baş naziri Ehud Olmertə 6 il həbs cəzası verilib.

ANS TV-nin məlumatına görə, keçmiş nazir rüşvət almaqda təqsirli bilinib. Bu ilin martında Tel-Əviv dairə məhkəməsi sübut etmişdi ki, Ehud Olmert Qüds şəhərinin meri olduğu vaxtlarda bir iş adamından 500 min şekel, yəni 140 min dollar həcmində rüşvət alıb.

Rüşvət müqabilində Olmert həmin iş adamının Qüds şəhərində bir tikinti layihəsində maraqlarını müdafiə edib. 68 yaşlı keçmiş Baş nazir özü isə bu gün hökmün oxunması zamanı bir daha özünü təqsirli olmadığını bəyan edib.

Olmertlə birlikdə daha 12 nəfər də müttəhimlər kürsüsündə əyləşib. Onların arasında Qüds administrasiyasının bir sıra keçmiş nümayəndələri, Qüdsün keçmiş meri və iş adamları da var. Sabiq Baş nazirə qarşı rüşvətxorluqdan başqa digər maddələrlə də ittihamlar irəli sürülmüşdü, lakin o, həmin maddələr üzrə bəraət alıb.

Qeyd edək ki, Ehud Olmert İsrail tarixində açılmış istintaq işindən dolayı öz vəzifəsindən istefa verməli olan və həbs cəzası alan ilk Baş nazir olub.