vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
16:47 | 2 iyul 2014 | Çərşənbə Məqaləyə 1194 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«ABŞ-ın Fransa banklarına təzyiqi «şantajdır»»

Vladimir Putin: «Bunun bizə birbaşa heç bir dəxli yoxdur, amma ...»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyulun 1-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, ABŞ-ın Fransanın «BNP Paribas» bankını cərimələməsinin səbəbi Parisin Rusiyaya mübahisəli hərbi gəmi satışının qarşısını almaqdır. Bu barədə «France 24» məlumat verir.


«Bunun bizə birbaşa heç bir dəxli yoxdur, amma onların Fransa banklarının başına gətirdikləri Avropada və burada hiddət doğurur», - Putin xarici siyasətlə bağlı çıxışında səfirlərə bildirib.

Xatırladaq ki, iyunun 29-da ABŞ İran və Sudana qarşı 8 illik sanksiyanın tələblərini pozduğuna görə Fransanın ən böyük bankı olan «BNP Paribas»ı 8.9 milyard dollar məbləğində cərimələyib.

Bundan əlavə, Fransa Rusiya üçün 2 «Mistral» tipli hərbi gəminin inşasına görə 1,2 milyard avroluq müqavilə imzalayıb. ABŞ-ın etirazlarına baxmayaraq, Fransa həmin müqavilyə sadiq qalacağına söz verib.

«Biz amerikalıların «Mistral» tipli gəmilərin Rusiyaya göndərilməməsi üçün Fransaya təzyiq göstərdiyini bilirik. Bununla onlar demək istəyirlər ki, Rusiyaya «Mistral» gəmiləri göndərilməsə, banklara qarşı sanksiyalar tədricən aradan qaldırıla və ya minimuma endirilə bilər. Bu şantaj deyilsə, bəs onda nədir?», - Putin deyib.