vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
09:44 | 4 iyul 2014 | Cümə Məqaləyə 1593 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Aİ-nin müqaviməti çətindir, amma ...»

Corc Soros: «Avropa Ukraynanı xilas etməklə özünü xilas etmiş olar»

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 30-da Herman Van Rompuy, Piyer Moskovisi və Corc Soros Avropanın gələcəyi ilə bağlı keçirilən debatda iştirak ediblər. Çıxışları zamanı hər üç iştirakçı Avropa meylli mövqe ortaya qoyublar.


Şərq tərəfdaşlığı mövzusundan danışan Van Rompuy Ukrayna, Moldova və Gürcüstanla tərəfdaşlıq sazişinin bağlanması ilə əlaqədar sevincini ifadə edib. Eyni zamanda o, Rusiya-Ukrayna məsələsinə də toxunub. Cənab Rompuy qeyd edib ki, Rusiyanın məqsədi zəif, qeyri-stabil Ukraynadır.

Corc Soros isə «Avropa Ukraynanı xilas etməklə özünü xilas etmiş olar», - deyə Rusiya təhlükəsini önə çəkib. Cənab Rompuyun «Avropa İttifaqı (Aİ) olmasa, Ukrayna Rusiya üçün şikardır» fikirləri ilə razılaşsa da, Corc Soros bildirib ki, Aİ-nin köməyinə baxmayaraq, Rusiyaya qarşı müqavimət çətindir.

İştirakçılar avrofobik və avroskeptik yanaşmalar məsələsinə də toxunublar. Qeyd edilib ki, bu cür yanaşmalar çoxluq təşkil etməsə də, geniş yayılıb.

Bundan əlavə, görüş zamanı Böyük Britaniyanın Aİ-ni tərk etməsi məsələsi də müzakirə edilib. Van Rompuy tarixi səbəbləri əsas gətirərək bildirib ki, Britaniya Avropanın bir hissəsidir. Avropanın Britaniyaya ehtiyacı var. Lakin Britaniyanın Aİ-də qalması və ya onu tərk etməsi Britaniya xalqının azad seçimidir.

Cənab Moskovisi Avropanın birliyini təbliğ edən çıxışı ilə yadda qalıb. O bildirib ki, Aİ-də əhəmiyyət baxımından böyük və ya kiçik dövlət yoxdur. Aİ dövlətlərin federativ birliyidir. O, üzünü Fransadakı avroskeptiklərə tutaraq «Avropanın bir problem yox, arxa olduğunu» deyib.

«Ukraynadan çox danışılır, amma Türkiyəni də unutmaq olmaz», - deyə Moskovisi bildirib. O, Aİ-də anti-Türkiyə hərəkatını pisləyib və vurğulayıb ki, Türkiyə ölkədəki demokratiyanın vəziyyəti baxımından həssas dövr yaşayır.  

Görüşün sual-cavab mərhələsində cənab Soros «Avropanın gələcəyini necə görürsünüz?» sualına «Avropanı sözün həqiqi mənasında funksional, qanunun aliliyi ilə idarə olunan, dünyanın ehtiyac duyduğu bir qurum kimi görmək istəyirəm», - deyə cavab verib. O, diqqəti Suriyada, İraqda, Nigeriyada baş verən arzuolunmaz hadisələrə çəkib və bildirib ki, bunlar onu göstərir ki, Aİ əslində bir meyar kimi işləmir.