09:20 | 16 iyul 2014 | Çərşənbə
Məqaləyə 1169 dəfə baxılıb
Şriftin ölçüsü
Qalmaqaldan sonra ilk danışıq
Prezidentlər casus böhranından sonra ilk dəfə müzakirə aparıblar
KİV nümayəndələrinin bildirdiyinə görə ABŞ prezidenti Barak Obamanın Almaniya kansleri Angela Merkelə məşhur qalmaqaldan sonra ilk telefon zəngi qeydə alınıb.
ANS PRESS-in məlumatına görə, Ağ Ev nümayəndəsi tərəflərin İran və Ukrayna ətrafında baş verən hadisələri müzakirə etdiklərini bildirib.
Lakin telefon danışığının detalları barədə mətbuata əlavə məlumat verilməyib. Belə ki, xəbərdə qeyd edilir ki, danışıqlar gizli xarakter daşıyıb.