Kobzon Ukrayna vətəndaşlığından çıxarıla bilər
Onunla bərabər Qazmanovun Latviyaya da girişi qadağan olunub
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Öz xalqıma görə xəcalət çəkirəm»
Rusiyada indi də yazıçı Lüdmila Ulitskaya hədəfdədir
-
Donbasda Kobzona etiraz
Putini dəstəkləyən müğənninin abidəsi rənglənib
-
Dnepropetrovsk Regional İdarəsinin sədr müavini Boris Filatov təklif edib ki, Donetskin sakini İosif Kobzonu Dnepropetrovskın möhtərəm vətəndaşı rütbəsindən məhrum etsinlər.
ANS PRESS-in məlumatına görə, o, bu barədə məqalə dərc edib. Bundan əlavə olaraq xahiş edib ki, totalitar kommunist rejiminin rəhbərlərinin adını daşıyan bütün prospekt və küçələrin adı dəyişdirilsin. Yerli sakinlərə ictimai dinləmələr vasitəsilə küçələrin yeni adlarını seçməyi də təklif şəklində bildirib.
Daha əvvəl məlum olub ki, Kobzonun, Oleq Qazmanovun və Alla Perfilovanın (Valeriya) Latviyaya girişi qadağan olunan insanların «qara siyahı»sına düşüblər. Ölkənin Xarici İşlər Nazirliyi bildirib ki, bu qərar artistlər tərəfindən Rusiyaya və Ukraynada baş verən hadisələr haqqında dedikləri fikirlərdir.
Qeyd edək ki, sənətçilər Krımın birləşdirilməsi ilə bağlı çıxışlar ediblər.