vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
17:01 | 4 avqust 2014 | Bazar ertəsi Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama Putinlə salam-əleyki kəsib

«O, Rusiyaya da təhlükəli ola bilər»

Vüqar İSMAYILOV

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama Rusiyanı dünya gücü hesab etmir. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Barak Obama «The Economist» jurnalına müsahibəsi zamanı ölkəsinin Rusiya ilə münasibətlərinin geniş şərh edib. Onun sözlərinə görə Dmitri Medvedev Rusiya prezidenti olarkən tərəflər arasındakı münasibətlər daha yüksək səviyyədə idi.

«Bizim administrasiyanın 2012-ci ilə qədər prezident səlahiyyətlərini icra edən Dmitri Medvedevlə çox məhsuldar əməkdaşlığı var idi. Biz etməli olduğumuz çox şeyi birlikdə etdik» - deyə Obama deyib.

Eyni zamanda o, hazırkı prezident Vladimir Putinin gələcəkdə Rusiya üçün təhlükəli olacağını bildirib.

«Dünyada gərginlik yaradan faktorlardan biri Vladimir Putinin fəaliyyətidir. Onun addımları yaxın perspektivdə ölkə daxilindəki siyasətçilər üçün xoş, beynəlxalq aləm üçün narahatlıq doğurursa da, uzaq perspektivdə Rusiyanın özü üçün təhlükə törədəcək» - deyə Amerika prezidenti deyib. 

Obama etiraf edib ki, Ukrayna böhranının başlanmasından az öncə Putinlə şəxsi ünsiyyəti kəsib və yalnız ötən həftə Ukrayan ərazisində sərnişin təyyarəsinin vurulmasından sonra Rusiya prezidentinə zəng edib.

Ağ Ev sahibi Amerikanın raket əleyhinə müdafiə sistemlərinin Avropada yerləşdirilməsinə Rusiyanın etiraz etməsini, ölkə kəşfiyyatının Rusiyaya sığınan keçmiş üzvü Edvard Snoudenə Moskvanın siyasi sığınacaq verməsini və Krımın qəfil ilhaqını Rusiya-Amerika münasibətlərinin əsas problemləri adlandırıb.

«The Economist»ə müsahibəsinin sonunda Barak Obama Rusiyanın dünya siyasətində önəminin olmadığını vurğulayıb.

«Rusiyanın əhəmiyyətini böyütmək lazım deyil. Rusiya heç nə etmir. Mühacirlər Moskvaya yaxşı iş dalınca gəlmirlər, rus kişilərini orta ömrü 60 yaşı keçmir. Və bu şəraitdə ABŞ Rusiyanın doğurduğu regional təhlükələrə reaksiya göstərəcək».