vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
BÖHRAN  
11:42 | 7 avqust 2014 | Cümə axşamı Məqaləyə 2066 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya Qərbdən ərzaq idxalını dayandırdı

Ağ Ev xəbərdarlıq etdi

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiyanın ABŞ-dan ərzaq idxalına qadağası Rusiyanın beynəlxalq ictimaiyyətdən təcridini dərinləşdirəcək. Ağ Evin sözçüsü Laura Lucas Magnuson ötən gün belə deyib. Bildirib ki, Moskvanın Qərb ölkələrinin sanksiyalarına cavab zərbəsi Rusiya iqtisadiyyatına zərbə vuracaq.

Rusiya Mərkəzi Bankı da bildirib ki, ərzaq idxalına qadağa ölkədə inflyasiyanın artmasına səbəb olacaq.

Rusiyanın ərzaq standartları agentliyinin sözçüsü Aleksei Alekseenko yerli mətbuata müsahibəsində ABŞ-da istehsal olunan «bütün növ ərzaq məhsullarının», o cümlədən «Avropa Birliyindən gətirilən bütün meyvə və tərəvəz»in idxalının dayandırılacağını açıqlayıb.

ABŞ və AB ölkələrindən Rusiyaya hər il milyardlarla dollar dəyərində ərzaq idxal olunur.

Qərb ölkələri Ukraynadakı münaqişədə iştirakına görə Rusiyaya qarşı bir neçə dəfə sanksiya tətbiq edib.