vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
11:56 | 23 avqust 2014 | Şənbə Məqaləyə 1705 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ və Almaniya Rusiyanı təhdid edir

Moskva isə Kiyevin icazəsini gözləməkdən yoruldu

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya humanitar karvanı Ukrayna ərazisindən çıxarmadığı təqdirdə, ABŞ yeni sanksiyalara əl atacağı barədə xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, bu barədə Barak Obamanın milli təhlükəsizlik üzrə müavini Ben Rods bildirib.

Onun sözlərinə görə, yardım karvanı Ukrayna ərazisini tərk etməsə, Rusiya «əlavə nəticələr» ilə üzləşəcək və Rusiya iqtisadiyyatına qarşı sanksiyalar tətbiq olunacaq.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Barak Obama və Almaniya baş naziri Angela Merkel arasında telefon söhbəti baş tutub. Onlar hər ikisi Rusiya yardım karvanının Ukraynanın icazəsi olmadan ölkə ərazisinə girməyini Ukraynanın ərazi bütövlüyünə təcavüz adlandırıblar.

Ukrayna öz növbəsində icazə olmadan yardım karvanının ölkənin şərq sərhədlərini keçdiyini deyərək Rusiyanı birbaşa işğalçı adlandırıb. Ukraynanın Xarici İşlər Nazirliyinin cümə günü açıqladığı bəyanatında deyilir ki, yoxlanış üçün sərhəd məntəqəsində bir neçə gün gözləyən 200 maşından ibarət humanitar yardım karvanı Ukraynaya doğru irəliləyib.

Karvan neçə gündür ki, yoxlanışdan keçmək üçün gözləyirdi. Moskva isə Kiyevin icazəsini gözləməkdən yorulduğunu bildirib.

Bu arada Qırmızı Xaç Cəmiyyəti də təhlükəsizlik zəmanəti olmadığı üçün maşın karvanını müşayiət etməyəcəyini bildirib.

Hazırda maşın karvanı Luqanska çatıb və 2 min ton yardım yükünün boşaldılmasına keçilib.