vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
15:23 | 24 avqust 2014 | Bazar Məqaləyə 2252 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya ilə sərhəd bağlanıb

Azərbaycanlılar Gürcüstandan çıxa bilmir

MÖVZU İLƏ ƏLAQƏLİ

Artıq bir neçə gündür əksəriyyəti azərbaycanlılar olan Rusiya vətəndaşları Gürcüstandan çıxa bilmir və geri qayıtmaq məcburiyyətində qalırlar.

Axar.az-ın əldə etdiyi məlumata görə, belə bir problemin yaranmasına səbəb Gürcüstanla Rusiyanın yeganə quru əlaqəsi olan məşhur Kazbek hərbi nəqliyyat yolunun sel suları nəticəsində yuyulub sıradan çıxmasıdır. Bir müddət Gürcüstana, öz doğma ata-baba yurduna təşrif buyurmuş soydaşlarımızın hazırda nicatı Azərbaycan üzərindən Rusiyaya getməkdir ki, nəticədə onlar əlavə min km məsafə qət etmək məcburiyyətində qalırlar.

Xatırladaq ki, Gürcüstandan Rusiyaya iki yol şəbəkəsi üzərindən getmək mümkündür. Birincisi, Cənubi Osetiya ərazisindən, digəri isə - daha təhlükəli - Kazbek magistralı ilə. Məlum avqust hadisələrindən sonra Sxinvalidən hərəkət tam dayandırılıb və sürücülər ikinci varianta üstünlük verirlər. Sıldırım, təhlükəli döngələri ilə tanınan Kazbek yolu da istənilən an dağ uçqunu və ya sel səbəbində bağlanır və beləliklə, Gürcüstanla Rusiyanın quru əlaqəsi kəsilir.