vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mustafa Kamal Atatürk (1881 - 1938)

«Türk oğlu əcdadını tanıdıqca, daha böyük işlər görmək üçün özündə güc tapacaq»

Mustafa Kamal Atatürk (1881 - 1938)
REGİON  
09:54 | 26 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1114 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Avrasiya Birliyindən çıxa bilərik»

Nazarbayevdən Putinə soyuq duş kimi mesaj

Aqşin KƏRİMOV

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qəbul edilən qərarlarla razılaşmayacağı təqdirdə Qazaxıstanın Avrasiya İqtisadi İttifaqında çıxmaq hüquq var». Modern.az saytı newskaz.ru saytına istinadən xəbər verir ki, bunu Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkəsinin Avrasiya İttifaqından çıxmaq perspektivini şərh edərkən deyib.

O bildirib ki, siyasi olmayan iqtisadi ittifaqın yaradılması düzgündür. Nursultan Nazarbayev söyləyib ki, Qazaxıstan, Rusiya, Belarus qərarların həllində eyni mövqeni sərgiləməlidirlər. Qazaxıstan liderinin sözlərinə görə ittifaq dövlətləri bərabər hüquqlar əsasında konsensus halında qərarlar qəbul etməlidir.

«Ancaq biz hər hansı qərarla bağlı razılaşmasaq, o zaman ittifaqdan çıxmaq hüququmuz var. Müstəqillik Qazaxıstan üçün əsas dəyərdir. Bununla yanaşı Qazaxıstan dövlət başçısı ölkəsinin Gömrük İttifaqından iqtisadi dividentlər əldə etdiyindən rəsmi Astananın Avrasiya Birliyində də təmsil olunması ölkəyə yalnız xeyir gətirə bilər.   

Lakin Nursultan Nazarbayev Ukraynadakı vəziyyətin gərginləşməsi səbəbindən Rusiyaya tətbiq edilən sanksiyaların Avrasiya Birliyinə də təsirsiz ötüşməyəcəyi qənaətindədir. «Amma Qazaxıstan Rusiyanın cavab tədbirləri sayəsində xeyir əldə edəcək», - deyə Nazarbayev qeyd edib.