vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
BÖHRAN  
17:05 | 2 sentyabr 2014 | Çərşənbə axşamı Məqaləyə 1462 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Sanksiyalar rus banklarını çökdürdü

İqtisadi artım dayanıb, ÜDM sıfır dərəcəsindədir

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya bankları 2014-cü ilin birinci yarısına olan maliyyə hesabatlarını təqdim ediblər. Ölkənin nəhəng maliyyə qurumlarının son 3-4 ay ərzində üzləşdikləri itkilər 1-5 milyard rubl təşkil edir. Axar.az xəbər verir ki, ekspertlər Avropa Birliyinin bu həftə tətbiq edəcəyi sanksiyaların Rusiya iqtisadiyyatına ciddi zərbə vuracağını bildiriblər.

«Russkiy standart» bankının itkisi 4.7 milyard təşkil edib. Bu da əvvəlki illərə olan göstəricilərdən 7 dəfə - 690 milyon rubl çoxdur. Bu bank istehlak kreditləri bazarının liderlərindən biridir. Ümumilikdə isə onun kredit verməsinə qadağa qoyulub.

Bundan başqa «XKF-bank»ın xalis itkiləri 4 milyard, «Vostoçnıy ekspress»inki 3.44 milyard, «OTP-bank»ınkı isə 1 milyard rubl təşkil edir.

Qeyd edək ki, Qərbin tətbiq etdiyi sanksiyalardan sonra artıq Rusiyada iqtisadi artım tempi dayanıb, ÜDM isə sıfır dərəcəsindədir.