vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 28 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Hüseyn Cavid (1882 - 1941)

«İdealsız nicat ümidi-məhal...
«İttihad!» İştə ən böyük ideal!
Səni qurtarsa, qurtarır birlik,
Çünki birlikdədir fəqət dirlik!»

Hüseyn Cavid (1882 - 1941)
BÖHRAN  
19:27 | 5 sentyabr 2014 | Cümə Məqaləyə 1090 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Putin bizi aldada bilər»

«Ehtiyatlı olmağa məcburuq»

Eldar TANRIVERDİYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

NATO ölkələri Rusiya prezidenti Vladimir Putinin Ukraynanın cənub-şərqində döyüşlərin dayandırılması və atəşkəs elan olunması barədə planına ehtiyatla yanaşmalıdır. AzVision.az «İnterfax»a istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Anders Foq Rasmussen bildirib.

«Biz daha öncə də buna bənzər bəyanatlar və təşəbbüslər eşitmişik. Lakin bu təşəbbüslərdən sonra Rusiya daima Ukraynanın şərqində vəziyyəti gərginləşdirməyə davam edib. Bu təcrübəyə əsaslanaraq, biz istənilən qiymətləndirmədə ehtiyatlı olmağa məcburuq. Əgər biz münaqişənin siyasi yol ilə həll edilməsi təşəbbüsünü görsək bunu yalnız alqışlayarıq», – deyə Rasmussen bildirib.

Qeyd edək ki, daha əvvəl NATO baş katibinin Putinin Ukrayna planını dəstəklədiyi vurğulanırdı.