16:04 | 22 dekabr 2014 | Bazar ertəsi
Məqaləyə 1280 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada araq böhranı
İstehsal azalıb
Rusiyada noyabr ayında araq istehsalı ilin əvvəlinə nisbətən 38,5 faiz aşağı düşüb. Bu barədə azvision.az Rusiyanın «Kommersant» qəzetinə istinadən xəbər verir.
Ekspertlərin fikrincə, bu, rublun məzənnəsinin aşağı düşməsi və hökumətin spirtli içkilər üçün aksiz markalarının dondurulması qərarı ilə bağlıdır.
Noyabr ayında Rusiya zavodları 7 milyon dekalitr araq istehsal ediblər ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,5 faiz azdır.
Ekspertlər vurğulayıblar ki, noyabrda qeydə alınan bu göstərici ilin əvvəlindən bəri qeydə alınan ən böyük göstəricidir.