vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
13:27 | 10 aprel 2015 | Cümə Məqaləyə 977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranın üzü çöndü

Ruhani: «Heç vaxt öz əleyhimizə olan bir anlaşmaya imza atmayacağıq»; ABŞ dövlət katibi sərt danışdı

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ İranın Yəməndə hərbi münaqişəyə müdaxilə etməsinə icazə verməyəcək. «Reuters»in məlumatına görə, bu sözləri ABŞ dövlət katibi Con Kerri deyib.

Onun sözlərinə görə, prezident Mansur Hadini ölkədən qovan husi silahlılarına İrandan gələn dəstək ABŞ-a yaxşı məlumdur. «Biz münaqişə axtarmırıq. Lakin müttəfiqlərimizi də tək buraxmayacağıq. Biz İranın mümkün fəaliyyətindən özünə təhlükə hiss edənlərə dəstəyimizi davam edəcəyik» deyə, Kerri telemüsahibəsində bildirib. Dövlət katibi bildirib ki, ABŞ İran tərəfdən özünə təhlükə hiss edən Yaxın Şərq ölkələrinə dəstək verəcək. Qeyd edək ki, İran Səudiyyə Ərəbistanı və müttəfiq dövlətlərin husilərə qarşı hərbi əməliyyatların keçirildiyi Yəməndə hərbi varlığını qorumaq üçün hərbi gəmilərini bölgəyə göndərib. İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən körfəzinə göndərilib. Həbibullah Səyyari gəmilərin hansı məqsədlə göndərildiyini də açıqlayıb: «Hərbi gəmilər İran gəmiçiliyinin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib».