vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
REGİON  
15:19 | 23 dekabr 2015 | Çərşənbə Məqaləyə 1927 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Azərsell-in səhmdarından ilginc açıqlama

«Baş Prokurorluq məcbur etdi ki, dinləmə qurğusu yerləşdirək...»

İsveç-Finlandiya telekommunikasya şirkəti, Azərbaycanın əsas mobil rabitə operatoru olan «Azərcell»in səhmlərinin bir hissəsinə nəzarət edən «TeliaSonera» şirkəti bildirib ki, Tacikistan hüquq-mühafizə orqanları onları total dinləmə qurğusu yerləşdirməyə məcbur edib.

Virtualaz.org saytı «Azadlıq» radiosunun tacik xidmətinə istinadən xəbər verir ki, «TeliaSonera»nın Tacikistandakı törəmə şirkəti «Tcell» bu ölkənin Baş Prokurorluğunun tələbi ilə bu ilin payızında dinləmə qurğusu yerləşdirməli olub.

Şirkətin bildirdiyinə görə, Tacikistan prokurorluğu bunu ölkədə baş qaldırmış silahlı qiyam və beynəlxalq terrorçu qruplaşmaların tərkibində döyüşən vətəndaşlara qarşı təhqiqat aparan strukturlara texniki dəstəklə əsaslandırıb. Əvəzində Baş Prokurorluq vəd edib ki, şirkətin təsərrüfat və kommersiya fəaliyyətinə müdaxilə etməyəcək.

«TeliaSonera» bəyan edir ki, işlədiyi ölkələrdə dövlət orqanlarının bu cür qeyri-ənənəvi tələbləri barədə ictimaiyyəti şəffaf şəkildə məlumatlandırmaq öhdəliyi götürüb.

«Biz siyasətə qarışmırıq və öz nümayəndəliklərimiz vasitəsilə siyasi bəyanatlar vermirik»- deyə şirkət bildirir.

Baş Prokurorluq isə məsələyə şərh verməyib.

Xatırladaq ki, «TeliaSonera» şirkəti Orta Asiya və Azərbaycanda ciddi korrupsiya qalmaqalları ilə üzləşib. Şirkətin Özbəkistan bazarına daxil olmaq üçün prezident İslam Kərimovun qızına yüz milyonlarla dollar rüşvət verdiyinə dair cinayət işinin təhqiqatı hazırda bir neçə Avropa ölkəsində və ABŞ-da davam edir.

Bu qalmaqallara görə «TeliaSonera» Avrasiya diviziyonu ölkələrində, o cümlədən Azərbaycanda aktivlərini satmaq və regiondan çəkilmək qərarı verib.

«TeliaSonera»nın «Azərcell»dəki payını Türkiyənin «Turkcell» şirkəti almaq istəyir.