vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
14:42 | 23 oktyabr 2016 | Bazar Məqaləyə 2004 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Nikulin həbs olundu

Rus haker «LinkedIn»ə hücumda şübhəli bilinir

MÖVZU İLƏ ƏLAQƏLİ

«The Guardian» yazır ki, «LinkedIn» və San Francisco körfəzi ərazisindəki başqa şirkətlərin kompüterlərinə hücum etmiş milliyyətcə rusa qarşı rəsmi ittiham irəli sürülüb.

ABŞ prokurorluğunun San Franisko idarəsi 29 yaşlı moskvalı Yevgeni Aleksandroviç Nikulini kompüterlərə müdaxilə və kimlik oğurluğu kimi cinayətlərdə ittiham edir.

Prokurorlar bildiriblər ki, Nikulin 2012-ci ildə şirkətin kompüterlərinə müdaxilə etmək üçün LinkedIn əməkdaşının vəsiqəsindən istifadə edib. Nikulin həmçinin iki başqa şirkətin - «Dropbox» və «Formspring» şirkətlərinin serverlərinə haker müdaxiləsi edərək istifadəçi adlarının, parolların və email ünvanlarının satış məqsədi ilə oğurlanmasında ittiham olunur.

«The Guardian» yazır ki, Nikulin oktyabrın 5-də Çexiya Respublikasında həbs edilib və prokurorların məlumatına görə hələ də ordadır. Rusiya rəsmiləri deyirlər ki, Nikulinin ABŞ-a ekstradisiyasının qarşısının alınması üzərində işləyirlər.

«LinkedIn» bu qənaətdədir ki, Nikulinin həbsi onun 2012-ci ildə üzvlərə aid informasiyanın kilidini sındırması ilə bağlıdır. O vaxt 100 milyonadək istifadəçinin parolları açılmışdı.

Lakin ABŞ prokurorluğunun sözçüsü Nikulinin həbsinin məhz 2012-ci il hadisəsi ilə bağlı olması barədə iddiaları şərh etməyib.

O deyib ki, Nikulinin vəkilinin kim olduğunu bilmir.

Buna baxmayaraq «LinkedIn» öz bəyanatında 2012-ci ilin haker hücumu barədə təhqiqat apardığına görə FTB-yə təşəkkürünü bildirib.

İttihamnamədə iddia olunur ki, Nikulinlə daha üç nəfər əlbir olub və onlardan biri «Formdspring» şirkətinin oğurlanmış müştəri informasiyalarını 6 min dollara başqa birinə satmaq istəyib.

«The Guardian» xatırladır ki, ABŞ hazırda Rusiyanı Demokrat Partiyasının serverlərindən oğurluğu və nüfuzlu adamların emaillərinin faş edilməsini koordinasiya etməklə Amerika prezident seçkisinə müdaxilə cəhdində ittiham edir.

Rusiya bu iddiaları rədd edir.