İraq müzakirəsi
Obama və Ərdoğan 1 saat yarım söhbət edib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Türkiyə Afrikada möhkəmlənir
Ankara 20 il ərzində səfirlik sayını 3 dəfəyə yaxın artırıb
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama arasında telefon danışığı olub. Türkiyə mətbuatında yayılan məlumata görə, tərəflər arasında 1 saat 25 dəqiqə davam edən telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınmasında ortaq mövqe sərgiləyib, İraqın suverenliyi və ərazi bütövlüyünü tanıdıqlarını deyiblər.
Prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.
Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliliyini vurğulayıb.
Öz növbəsində Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vacibliyini diqqətə çatdırıb.