vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Fikir müxtəlifliyi təbii hadisədir. Hamı bir boyda ola bilmədiyi kimi, eyni fikirdə də ola bilməz»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
02:42 | 2 noyabr 2016 | Çərşənbə Məqaləyə 1066 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ukraynada Qərbin rolu

«Normand dördlüyü»ndə beşinci görünməz əl

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukraynanın «5.10» siyasi partiyasının lideri, ictimai xadim, biznes-filosof, sahibkar, blogger Genadi Balaşov «Normand formatında» görüşün nəticələri və Poroşenkonun Co Baydenə zəngi, Donetsk hövzəsində vəziyyətin nizama salınmasında Amerika tərəfinin cəlb edilməsini üçün şərh edib.

Bir həftə öncə «Normand formatında» görüş oldu. Vaxtın geri  çəkilməsi, Donetsk hövzəsində (Donbasda) təhlükəsizliyin bərpa edilməsi  və seçkilərə hazırlıqla bağlı müzakirələr aparıldı.

Balaşovun fikrincə,  Amerika mərkəzi Vaşinqton olmaqla vahid dünya hökumətinin yaradılmasını istəyir. Ona görə də, ABŞ  hüquq, mədəniyyət, siyasət  sahəsində sərmayə qoyur və başqa dövlətlərin iqtisadiyyatına müdaxilə edir.

Ekspertin sözlərinə görə, dünyada təşkilatlar vahid dünya hökumətinin yaradılmasına müvəffəq ola bilirlər. Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq Valyuta Fondu və Ümumdünya Bankı, Dünya Ticarət Təşkilatı və başqa qlobal beynəlxalq təşkilatların ABŞ-da öz nümayəndəlikləri  var. Buna görə demək olar ki, praktiki olaraq bütün inkişaf etmiş ölkələr açıq-aydın şəkildə və ya  dolayı yolla Amerikaya dünya hökumətini yaratmağa kömək edir. Onlar bu təşkilatlara daxil olurlar, ya da inkişafdan qalan kasıb ölkələr şəxsi qlobal hədəflərə  malik olmadan onlara tabe olurlar.

ABŞ Ukrayna və Belarusda Rusiyanın təsirinin azaldılmasında maraqlıdır və buna da çalışır. Ukrayna Prezidenti Poroşenko Normand dördlüyünə daha bir ölkə,  görünməz əl olaraq Amerikanı gətirir. Amerikalılar Avropanı hədələyən Rusiyanın zəifləməsini səbirlə gözləyirlər.

Ukrayna Donetsk hövzəsində seçkilərin keçirilməsi ilə bağlı Amerika ilə əməkdaşlıq edir. Ukrayna prezidenti Poroşenkonun  ABŞ-ın vitse-prezidenti  Co Baydenlə telefonda danışıqlar aparmasını təsəlliverici adlandırmaq olar.