vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
23:23 | 8 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1279 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rusiya-Ukrayna münasibətlərinə daha bir zərbə

Poroşenko Kremli tarixi mənimsəməkdə ittiham edir

MÖVZU İLƏ ƏLAQƏLİ

Ukrayna prezidenti Petro Poroşenko Rusiyanı Ukrayna tarixindəki hadisələri və şəxsiyyətləri mənimsəməkdə ittiham edib.

«Bugünlərdə daha bir abidə qoyulub: Kremldə, Vladimir Leninin mavzoleyinin yanında onlar bizim ...Kiyev knyazı Vladimirə abidə qoyublar. Bu, tarixin hibrid mənimsənilməsinə daha bir cəhddir», deyə Poroşenko bu gün Sloveniyanın paytaxtı Lyublyanada Ukrayna şairi və filosofu Qriqoriy Skovorodanın heykəlinin açılışında bildirib.

Knyaz Vladimirin Moskvanın Borovixa meydanında qoyulmuş heykəlinin açılışı noyabrın 4-də keçirilib. Heykəlin qoyulmasının təşəbbüskarı Rusiyanın hərbi-tarixi cəmiyyətidir.

25 metrlik heykəl ətrafında mübahisələr bir neçə ay davam edib. Əvvəlcə onu Vorobyovo təpələrində qoymaq təklif olunub. Ancaq 40 mindən çox adam onun qoyulmasına qarşı çıxdığına görə abidəni paytaxtın başqa yerində qoymalı olublar.

Ümumrusiya İctimai Fikrin öyrənilməsi Mərkəzinin verdiyi məlumata görə, respondentlərin 55 faizi knyaz Vladimirin Moskvada heykəlinin qoyulmasına müsbət yanaşıb.

Rəyi soruşulanların 29 faizi bu heykəli Rusiyada yaşayan xalqların birliyinin rəmzi kimi görür. 26 faizi isə heykəlin qoyulmasına «ölkə tarixinin aktuallaşdırılması» kimi baxır.

Respondentlərin 21 faizi knyaz Vladimirin heykəlini Rusiya və Kiyev Rus dövləti arasındakı varislik əlaqəsinin rəmzi kimi görür.