vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 25 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
REGİON  
22:58 | 12 noyabr 2016 | Şənbə Məqaləyə 867 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Gürcüstanda Rusiyanın qaz inhisarçılığı

Energetika sahəsində əməkdaşlığının geosiyasi nəticələri

MÖVZU İLƏ ƏLAQƏLİ

Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin qırıldığı andan səkkiz il keçib. Xarici siyasi oriyentasiyada fərqlərə baxmayaraq, Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması prosesi öz axarına buraxıldı və bu da öz nəticəsini göstərdi. Ölkələr təhlükəsizlik məsələlərində müvəffəqiyyətlə əməkdaşlıq edir.

Terrorizmlə mübarizədə ölkələr birlikdə fəaliyyət göstərirlər. Gürcü məhsulunun bir hissəsi Rusiya bazarına qayıtdı. Rusiya və Gürcüstan sabit energetika münasibətlərini dəstəkləyir. Bundan başqa, Gürcüstanın yeni hökuməti Rusiya ilə normal, mehriban münasibətlərin bərpasının imkanlarını inkar etmir, xüsusilə iqtisadiyyatda və energetika sahəsində. 

2007-ci ildən etibarən Gürcüstan Rusiyadan qaz almır, amma Ermənistana Rusiya qazının tranzitinin təminatı üçün 10 faiz kompensasiya alır. Rusiya qazından Gürcüstanın asılılığı son illər ərzində əhəmiyyətli dərəcədə azalıb. Buna baxmayaraq,  Rusiyanın neft və qaz şirkətləri  gürcü sənayesində əsas səhmdarlardan biri kimi qalırlar.