vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«Bir kərə yüksələn bayraq bir daha enməz!»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
AMERİKA  
15:51 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1143 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Obama müttəfiqləri sakitləşdirməyə gedir

«Tramp əvvəlki kimi açıq danışa bilməyəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Barak Obama prezident kimi son xarici səfərə çıxır. Bu gün, noyabrın 15-də Obama Yunanıstana, oradansa Almaniyaya, sonra da Peruya gedəcək. Yunanıstanda ABŞ əleyhinə aksiyalar planlandığından təhlükəsizlik tədbirləri gücləndirilib.

Prezident kimi xaricə son səfərindən öncə Barak Obama mətbuat konfransı keçirərək, müttəfiqləri Donald Trampla bağlı bir növ narahat olmamağa çağırıb. BBC yazır ki, Obama bu səfərdə D.Trampın prezident postuna seçilməsiylə bağlı gərginliyi aradan qaldırmağa çalışacaq. Obama özü də səfərdə bu məsələnin prioritet olacağını bildirib.

Prezident seçkisi kampaniyası zamanı Tramp NATO müttəfiqlərini tənqid atəşinə tutmuş, qurumun maliyyə öhdəliklərini yerinə yetirməyən üzvlərini müdafiə etməyəcəyini bildirmişdi.

Tramp seçiləndən sonra onunla Ağ Evdəki görüşən Barak Obama ilk dəfə olaraq jurnalistlərin suallarına cavab verib. O deyib ki, Tramp ABŞ-ın NATO qarşısında öhdəliklərini gerçəkləşdirməsində maraqlıdır, NATO ilə sağlam və möhkəm əməkdaşlığın davam etdirilməsini istəyir və bunun bütün dünyaya töhfə verəcəyini bilir. Obama xaricə səfərindən bu mesajı çatdırmaqdan ötrü istifadə edəcəyini vurğulayıb: «Mən onlara əməkdaşlığın davam etdiriləcəyini… NATO-dakı müttəfiqlərin tək Avropadan ötəri deyil, həm də ABŞ, eləcə də bütün dünya üçün önəmli olduğunu bildirməliyəm».

«ABC News»un yazdığına görə, Avropa Birliyi, görünür, Trampın çıxışlarından oyanaraq yeni müdafiə planıyla bağlı razılığa gəlib. Plan birlik ölkələrinin xaricə hərbi qüvvə göndərməsinə, yəni ilk dəfə olaraq Birləşmiş Ştatlarsız hərəkət etməsinə imkan verir.

«Fox News» isə Obamanın prezident ofisi haqda dediklərini vurğulayır. Obama bu orqanın hər hansı şəxsdən artıq olduğunu, ABŞ-ın qlobal nüfuzunun bir seçki nəticələriylə sarsılmayacağını söyləyib. Mətbuat konfransında Obama həm də Trampın bundan sonra temperamentinə dəyişiklik etməli olacağını, yeni vəzifəsinin reallıqları ilə qarşılaşanda, seçki kampaniyasındakı kimi açıq danışa bilməyəcəyini deyib. («Azadlıq» radiosunun xülasəsi)