ABŞ-da «Stalinsayağı repressiya»lar
Trampın ailəsi, xüsusən də kürəkəni vəzifə davası aparır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
«The Guardian» yazır ki, Donald Trampın Ağ Evə keçidi prosesi onun baş milli təhlükəsizlik müşavirinin qəfil gedişi və üç övladının və xüsusilə də kürəkənin vəzifələrin bölüşdürülməsində iştirakının yaratdığı narazılığa görə əngəllənib.
Keçmiş respublikaçı konqresmen Mayk Rocers Trampın keçid komandasını gözlənilmədən və heç bir izahat vermədən tərk edib, lakin xəbərlərdən birinə görə o, Trampın «Stalinsayağı repressiyasının» qurbanı olub.
Rocers vaxtilə Konqresin kəşfiyyat komitəsinə sədrlik edib, keçmiş hərbçi və FTB-nin xüsusi agentidir.
«The Guardian» yazır ki, Rocersin Tramp komandasından getməsi bu komandanın üzləşdiyi çox ciddi problemlərdən xəbər verir. Ötən həftə Tramp öz komandasının başçısı Kris Kristini cənab Penklə əvəz edib.
Komandaya yaxın mənbələr burada çəkişmə və didişmə atmosferinin hökm sürdüyünü xəbər verirlər.
Məqalədə deyilir seçki kampaniyası zamanı Trampı lağa qoymuş bəzi respublikaçılar indi ona yaxınlaşmaq istəsələr də, keçid komandasından sərt cavab alırlar. Buşun vaxtında Dövlət Departamentində yüksək vəzifə tutmuş Eliot Kohen belələrindən biri olub.
O belə bir tvit yazıb: «Trampın keçid komandası əlaqə saxlayandan sonra əvvəlki çağırışımı geri götürürəm. Onlar əsəbi və lovğadırlar…«Uşaqlar SİZ UDUZMUSUNUZ» deyib adamı rədd edirlər».
Bundan bir neçə gün əvvəl Kohen respublikaçıların Trampa şübhə ilə yanaşan xarici siyasət kadrlarını Trampı dəstəkləməyə çağırmışdı.
Bu arada Dövlət Departamenti və Pentaqon Tramp komandasının onlarla hələ ki, əlaqəyə girmədiyini bildiriblər.
Trampın uşaqlarının vəzifə bölgüsündə iştirakına dair şayiələr də dolaşır. Oğul Donald, Erik, İvanka və onun əri Ceyred Kuşner yüksək vəzifələr tutmaq üçün xüsusi xidmətlərdə yoxlamadan keçməlidirlər. «The Guardian» yazır ki, Kristi və Rocersin məhz bu məsələyə görə komandanı tərk etdikləri bildirilir.
«Associated Press» xəbər verir ki, fikir ixtilafına görə Trampın komandası Ağ Evlə təhvil təslimə başalaya bilmir.
Trampın komandasında yeganə qaradərili olmalı Ben Karson da ona təklif edilən səhiyyə naziri vəzifəsindən imtina edib. Belə görünür ki, o, daha böyük vəzifə gözləyirmiş.
«The New York Times» yazır ki, keçmiş Nyu York meri və Trump-ın dostu Rudi Qiuliani heç bir xarici siyasət təcrübəsi olmamasına baxmayaraq dövlət katibi vəzifəsini gözləməkdədir.
Lakin siyasi fiqurlar 72 yaşlı keçmiş meri «Amerikanın düşmənləri» ilə biznes əlaqələrində ittiham edirlər.
Onun İranın terrorda ittiham edilən dissident qrupu və şübhəli əlaqələrə malik hüquq firması ilə işlədiyi xəbər verilir. Səddam Hüseyn, Venesuelanın dövlət neft şirkəti və terrorçu Əbu Nidal bu firmanın müştəriləri olublar. Bütün bunlar Qiulianinin Senatda təsdiqi üçün ciddi maneə yarada bilər.
Xəbər verilir ki, Trampın biznesini onun uşaqları davam etdirəcəklər, lakin bu Amerika qanunlarına görə maraqların toqquşması deməkdir.
Bəzi məlumatlara görə Trampın uşaqları artıq onun prezident kimi adından istifadə edərək kommersiya mənfəətləri götürməyə başlayıblar.
Ağ Evin keçmiş mətbuat katibi Ari Fleischer xəbərdarlıq edib: «Pulsuz məsləhət verirəm: Bunu dayandırın. Bunu etməyin. Prezidentlik ailə biznesindən böyükdür. Bunu dayandırın».
Trampın ifrat sağ təmayüllü «Breitbart News» şəbəkəsinin rəhbəri Bannonu özünün baş strateqi təyin etməsi konqresmenlər tərəfindən ciddi tənqid edilir.
Onlar Trampı ağdərili irqçiyə vəzifə verməkdə ittiham edirlər.