Ay kürəkən, yoxdu sənə tay, kürəkən
Trampdan qızının ərinə Prezident Administrasiyasında vəzifə?
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
ABŞ Ədliyyə Nazirliyinə qadın namizəd
Trampın yeni prioriteti Pam Bondidir
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kürəkəni Cared Kuşnerə Ağ Evdə müşavir vəzifəsi vermək istəyir. Lakin Trampın bu niyyəsi indidən bir sıra hüquqi və əxlaqi suallar meydana çıxarıb. Çünki Tramp kürəkəninə prezident administrasiyasında vəzifə verməklə ABŞ-ın antinepotizm qanunu poza bilər.
Trampın komandası dəfələrlə bildirib ki, Kuşner hələlik, Ağ Evdə heç bir rəsmi vəzifə üçün müraciət etməyib. Ancaq yeni prezidentin kampaniya meneceri Kellyan Konvey ötən həftə CNN-ə deyib ki, Tramp əvvəlki kimi, Kuşnerin ona müşavir olmasını istəyir.
Habelə ötən həftə «ABC News» xəbər verib ki, Trampın keçid komandası Kuşnerin xüsusi təhlükəsizlik yoxlamasından keçirilməsini xahiş edib. Çünki dövlət vəzifələrinə təyin olunan adamlar belə yoxlamadan keçməlidirlər. Ancaq Konvey hələlik, bununla bağlı heç bir «rəsmi» müraciət gəlmədiyini söyləyib: «Prezidentə gündəlik məlumat verən adamın təhlükəsizlik yoxlamasından keçməsi düzgündür. Üstəlik, təkcə düzgün yox, həm də zəruridir».
ABŞ-ın federal antinepotizm statusunda deyilir: «İctimai vəzifə tutan rəsmi şəxs qohumu olan şəxsi xidmət, yaxud nəzarət etdiyi idarədə mülki vəzifəyə təyin edə, işə götürə, irəli sürə, yaxud onun təyinatını, işə götürülməsini, irəli sürülməsini təbliğ edə bilməz».
Prezidentin «ictimai vəzifə tutan rəsmi şəxs», kürəkənininsə «qohumu» olduğunu nəzərə alınsa, qanun Trampla Kuşnerə şamil edilə bilər.
Prezidentin Ağ Evdə nepotizm məsələsi ilə qarşılaşması tarixdə ilk dəfə deyil. Vaxtilə Con Kennediqardaşı Robert Kennedini baş prokuror təyin etmişdi. Hərçənd, antinepotizm statusu yalnız 1967-ci ildə - prezident Kennedinin qətlindən 4 il sonra qüvvəyə minib.
Keçmiş prezident Cimmi Karterin də öz oğlunu Ağ Evə təcrübəçi kimi gətirmək istədiyi, ancaq bunun qarşısının alındığı bildirilir. Son dövrlərdə ən çox gözəçarpan nümunə isə 1993-cü ildə Bill Klintonun birinci ledi Hillari Klintonu prezidentin Milli Səhiyyə İslahatı üzrə işçi qrupunun sədri vəzifəsinə təyin etməsidir. Bu addım Kolumbiya Dairəsinin (paytaxt) federal məhkəməsində mühakimə olunmuşdu.
O zaman Amerika Həkimlər və Cərrahlar Assosiasiyası adlı bir lobbi qrupu Hillari Klintonun öz qeyri-hökumət rolundan kənara çıxdığını iddia etmişdi. Məhkəmə qərarında deyilirdi ki Ağ Ev və Prezidentin İcraçı Ofisi federal antinepotizm qanununun şamil olunduğu idarələr deyil. Bir sıra hüquq ekspertləri bu presedentin yeni prezidentin öz qohumunu Ağ Evdə müşavir postuna təyin etməsinə yol aça biləcəyini deyirlər.
Hüquq ekspertləri bildirirlər ki, 1993-cü il qərarına görə, Tramp Kuşnerə məvacib verməsə və onu hər hansı hökumət idarəsinin tabeliyində olmayan müşavirlər şurasına təyin etsə, bu qanun çərçivəsində hərəkət imkanı qazanacaq. Ekspertlətin fikrincə, Trampın kürəkənini qeyri-rəsmi müşavir kimi saxlamasına heç bir texniki məhdudiyyət yoxdur. Kuşneri «hökumət podratçısı» kimi işə götürmək isə onu ümumiyyətlə antinepotizm qanunundan kənarda qoyur.
Mütəxəssislər bunun Tramp üçün hüquqidən çox siyasi nəticələrinin ola biləcəyini düşünürlər. Son nəticədə hər hansı hökumət vəzifəsinə təyin olunacağı halda ən böyük risklə Kuşnerin özü üzləşəcək. O bu halda maraqlar toqquşmasına dair qanunun subyektinə çevriləcək. Bu qanunun Trampa aidiyyatı olmayacaq. Məhz bu səbəbdən, o öz biznes maraqlarından imtina etmək fikrində deyil. («Azadlıq» radiosunun xülasəsi)