vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
23:41 | 20 noyabr 2016 | Bazar Məqaləyə 2181 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp 25 milyona razılaşıb

İşə cümə günü baxılacağı gözlənilir

MÖVZU İLƏ ƏLAQƏLİ

Nyu-Yorkun baş prokuroru bildirib ki, ABŞ-ın növbəti prezidenti seçilmiş Donald Tramp keçmiş Tramp Universitetində saxtakarlıq ittihamlarına dair prosesi qapatmaq üçün 25 milyon dollar ödəməyə razılaşıb.

Baş prokuroru Erik Şnaydermanın sözlərinə görə, razılıq onun Nyu-Yorkda daşınmaz əmlak yatırımı öyrədən məktəbə qarşı açdığı mülki işi və eləcə də Kaliforniyada iki kütləvi məhkəmə prosesini əhatə edəcək.

Məhkəmə işi iddia edir ki, Tramp Universiteti Trampın daşınmaz əmlak investisiyası metodlarını «fərdi seçilmiş instruktorlardan öyrənmək» üçün hərəyə 35 min dollar ödəyən tələbələri yanlış istiqamət verib. İttihamnamədə deyilir ki, Tramp instruktorların seçilməsində iştirak etməyb və məktəb özünü hətta akkreditasiyadan keçməmişdən öncə belə universitet adlandırıb.

Tramp o zamandan bəri bağlanan universitetdə heç zaman qanunsuz fəaliyyətlər aparılmadığını bildirib. Razılığa əsasən Tramp hər hansı qanunsuz hərəkət etdiyini etiraf etmək məcburiyyətində deyil.

Federal hakimin cümə günü Kaliforniyada iki işə dair müzakirələr keçirməyi planlaşdırırdı. Müzakirələr arasında Trampın inaqurasiyaya ilə bağlı prosesin yanvarın 20-dək təxirə salınmasına dair vəsatət qaldırması yer alacaq. Trampın vəkili bildirib ki, Trampın Ağ Evin administrasiyası üçün hazırlıqları çix mühüm və vaxt alan prosesdir.

Tramp daha əvvəl razılığa getməyəcəyini açıqlamışdı.