vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
AMERİKA  
19:21 | 23 noyabr 2016 | Çərşənbə Məqaləyə 1553 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tramp bəzi vədlərindən geri çəkilir

«Seçkidə qalib gələndən sonra hər şeyi geridə qoyursan»

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidentliyinə yeni seçilmiş Donald Tramp seçki kampaniyası ritorikasından uzaqlaşır. Buna demokrat rəqibi Hillari Klintonu həbs etmək vədi də daxildir.

Çərşənbə axşamı Tramp «The New York Times» qəzetinin müxbirləri və redaktorları ilə görüşüb. O, seçki kampaniyası zamanı bu qəzeti qeyri-səmimi və «uğursuz» adlandırsa da, indi bu mətbu orqanını oxuduğunu və hörmət bəslədiyini deyib.

Tramp Hillari Klintonun dövlət katibi olduğu dövrdə şəxsi email serverindən istifadə etməsi və xeyriyyəçi Klinton Fondu ilə əlaqədar yeni təhqiqat aparılmasını planlaşdırmadığına işarə edib.

«Mən Klintonları incitmək istəmirəm. Həqiqətən də istəmirəm. O, bir çox baxımdan böyük əziyyətlər çəkib … seçki kampaniyası çox qəddar idi,» deyə o bildirib.

Tramp Qülləsinin lobbisində müxbirlərlə danışan sabiq Nyu-York meri, Tramp tərəfdarı və mümkün kabinet üzvü Rudi Culiani bu qərarın Amerika siyasətinin ümumi aspektini əks etdirdiyini deyib.

«Amerika siyasətində elə bir ənənə var ki, seçkidə qalib gələndən sonra hər şeyi geridə qoyursan», deyə o bildirib.

Tramp kampaniya zamanı Klintonu «yalançı» adlandırırdı. Onun seçki mitinqlərində kütlələr «onu həbs et» şüarları səsləndirirdi. O, Klintonun işinə baxmaq üçün xüsusi müstəntiq təyin edəcəyinə söz vermişdi və hətta bir debat zamanı Klintonu həbs etməklə hədələmişdi.

Tramp həmçinin «The New York Times» «təmiz havanın həyati əhəmiyyətli olduğunu» və «iqlim dəyişkliyi ilə insan fəaliyyəti» arasında bir əlaqənin» olduğunu düşündüyünü deyib. Və indi o, ABŞ-ı Paris İqlim Dəyişikliyi Razılığından geri çəkmək sözünü geri alır.

Tramp vəzifəsinin icrasına yanvarın 20-də başlayacaq.